Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Baku Steel Company CJSC

İşə qəbul üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakı üçün işə qəbul üzrə mütəxəssis vakansiyasında namizəd axtarışı, CV seçimi və müsahibə proseslərinin idarə olunması fəaliyyəti tələb olunur. Vəzifələr Açıq vakansiyalar üzrə namizədlərin müxtəlif işə qəbul platformaları vasitəsilə axtarışını və seçimini həyata keçirmək; Daxil olan CV-ləri nəzərdən keçirmək, uyğun namizədləri müəyyənləşdirmək və ilkin seçim mərhələsini aparmaq; Namizədlərlə müsahibələri planlaşdırmaq, müsahibə prosesində iştirak etmək və qiymətləndirməni həyata keçirmək; Struktur bölmə rəhbərləri ilə koordinasiya edərək vakansiyalar üzrə namizəd ehtiyaclarını dəqiqləşdirmək; Namizədlərin peşəkar bilik, bacarıq və səriştələrini müvafiq qiymətləndirmə üsulları ilə dəyərləndirmək; Seçilmiş namizədlər üçün iş təkliflərini hazırlamaq və işə qəbuldan əvvəlki prosedurları əlaqələndirmək; İşə qəbul proseslərinə dair məlumatların sistemli qeydiyyatını aparmaq və müvafiq hesabatlar hazırlamaq; İşə qəbul proseslərinin təkmilləşdirilməsi və namizəd bazasının genişləndirilməsi istiqamətində fəaliyyət göstərmək. Tələblər Ali təhsil (İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə); İşə qəbul sahəsində minimum 2 il iş təcrübəsi; İngilis dili – yaxşı, rus dili – səlis səviyyədə; Namizədlərin axtarışı, seçimi və müsahibələrin aparılması üzrə praktiki bilik və bacarıqlar; LinkedIn və digər işə qəbul platformalarından istifadə bacarığı; MS Office proqramlarında sərbəst işləmə bacarığı; HRM/ERP sistemləri (1C, SAP, Oracle və s.) ilə iş təcrübəsi üstünlükdür; Əmək qanunvericiliyinin işə qəbul prosesləri ilə bağlı əsas müddəaları üzrə biliklər; Güclü kommunikasiya, analitik düşünmə, təşkilatçılıq və komanda ilə işləmə bacarıqları. Vakansiya növü Tam ştat İmtiyazlar Nahar təminatı Rəqabətli əmək haqqı Təlimlər Müraciət Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.