Vakansiya haqqında
WOOM Agency Qrafik Dizayner axtarır.
Vəzifə öhdəlikləri
Sosial media platformaları üçün post, story və reklam vizuallarının hazırlanması;
Flyer, buklet, roll-up, vizitkart və digər çap materiallarının dizayn edilməsi;
Brend identikasına uyğun vizual həllərin hazırlanması;
Kreativ konseptlərin işlənməsi və inkişaf etdirilməsində iştirak;
Marketinq və kontent komandası ilə koordinasiyalı şəkildə çalışmaq;
Süni intellekt alətlərindən istifadə etməklə dizayn prosesini optimallaşdırmaq.
Tələblər
Adobe Photoshop və Adobe Illustrator proqramlarını yaxşı səviyyədə bilmək;
Kompozisiya, tipoqrafiya və rəng nəzəriyyəsi üzrə biliklərə sahib olmaq;
Kreativ yanaşma və detallara diqqət göstərmək;
Tapşırıqları müəyyən olunmuş müddətdə yerinə yetirmək bacarığı;
Portfolionun təqdim edilməsi mütləqdir.
Üstünlük hesab olunur
Adobe After Effects və ya digər motion dizayn proqramları üzrə biliklər;
Brendinq layihələrində iştirak təcrübəsi;
AI alətləri, o cümlədən ChatGPT, Midjourney, Adobe Firefly ilə işləmək bacarığı.
Sizə nə təklif edirik?
Fərqli sahələrdə fəaliyyət göstərən brendlərlə işləmək imkanı;
Peşəkar və inkişaf yönümlü komanda mühiti;
Karyera və peşəkar inkişaf imkanları;
Kreativ ideyaların dəyərləndirildiyi iş mühiti;
Rəqabətli əməkhaqqı, müsahibə əsasında müəyyən edilir.
İş şəraiti
İş yeri: Bakı;
İş qrafiki: Tam iş günü.
Müraciət qaydası
Maraqlanan namizədlərdən CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-poçtun mövzu hissəsində Qrafik Dizayner yazılmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
