Vakansiya haqqında
SF Azerbaijan BOKT MMC komandasında hüquqi sənədlərin hazırlanması, müqavilələrin ekspertizası və məhkəmə təmsilçiliyi üzrə peşəkar Hüquqşünas axtarır.
Əsas vəzifələr
Şirkət adından imzalanan müqavilə və digər hüquqi sənədlərin yoxlanılması, hüquqi rəyin hazırlanması;
Şirkətin hüquq və mənafelərinin məhkəmələrdə, dövlət orqanlarında və digər aidiyyəti qurumlarda təmsil və müdafiə edilməsi, bununla bağlı zəruri sənədlərin hazırlanması;
Dövlət orqanlarından daxil olan sorğu və müraciətlərə qanunvericiliyə uyğun cavabların hazırlanması;
Şirkətin struktur bölmələrinə hüquqi məsələlər üzrə məsləhət və dəstək göstərilməsi;
AML/CFT üzrə hüquqi tələblərin tətbiqinə dəstək verilməsi;
Daxili normativ sənədlərin, etibarnamələrin, əmrlərin və digər hüquqi sənədlərin hazırlanmasında iştirak;
Hüquqi risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması üzrə təkliflərin verilməsi.
Namizədə tələblər
Hüquqşünaslıq üzrə ali təhsil;
Maliyyə bazarları sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan və rus dillərində şifahi və yazılı sərbəst bilik mütləqdir;
AML/CFT sahəsində təcrübə əlavə üstünlükdür;
Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, vergi, inzibati və maliyyə bazarları qanunvericiliyini yaxşı bilmək;
MS Office proqramlarında sərbəst işləmək;
e-taxes.gov.az, e-mehkeme.gov.az və e-qanun.az portallarından istifadə bacarığı;
Analitik düşüncə, yüksək məsuliyyət, dürüstlük, dəqiqlik və müstəqil qərarvermə bacarığı;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
İş şərtləri
Əmək haqqı müsahibə əsasında müəyyən olunur;
İş rejimi: 5/7, saat 09:00-18:00;
Peşəkar və dinamik iş mühiti.
Müraciət qaydası
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Maraqlanan şəxslər Müraciət et düyməsində qeyd olunan link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
