Vakansiya haqqında
Reception üzrə vakansiya üçün müştəri qəbulu, ofis dəstəyi və satış şöbəsinə inzibati yardım göstərə biləcək namizədlər axtarılır.
Vəzifə funksiyaları
Müştəriləri, qonaqları və ofisə daxil olan ziyarətçiləri qarşılamaq və onları peşəkar şəkildə istiqamətləndirmək;
Reseption funksiyalarını yerinə yetirmək və yüksək səviyyəli müştəri xidmətini təmin etmək;
Satış şöbəsinə gündəlik inzibati və əməliyyat dəstəyi göstərmək;
Görüşlərin, təqdimatların və digər müştəri tədbirlərinin təşkili zamanı Satış menecerlərinə kömək etmək;
Sənədlərin hazırlanması, çapı, skan edilməsi, çeşidlənməsi və arxivləşdirilməsini həyata keçirmək;
İmzalanmış müqavilələrin və digər sənədlərin skan edilməsini, sistemləşdirilməsini və düzgün saxlanılmasını təmin etmək;
Tələb olunan sənədlərin mövcudluğuna və düzgünlüyünə nəzarət etmək;
Gündəlik inzibati və ofis məsələləri üzrə Satınalma (Procurement) şöbəsi ilə əməkdaşlıq etmək;
Təqdimatların, qiymət siyahılarının, kommersiya təkliflərinin və digər satış materiallarının hazırlanmasına dəstək vermək;
Müştərilər üçün zəruri sənədləri hazırlamaq və çap etmək;
Zərurət yarandıqda daxili sistemlərə və CRM platformasına məlumatları daxil etmək və yeniləmək;
Satış şöbəsi ilə digər struktur bölmələr arasında sənəd dövriyyəsini əlaqələndirmək;
Satış menecerlərinə gündəlik iş proseslərində operativ dəstək göstərmək;
Satış ofisində nizam-intizamı və iş mühitinin təşkilini təmin etmək;
Rəhbərlik və satış şöbəsi tərəfindən verilən cari inzibati tapşırıqları yerinə yetirmək.
Vəzifəyə olan tələblər
Ali təhsil;
Office Administrator, Receptionist, Customer Service Specialist və ya oxşar vəzifələrdə iş təcrübəsi üstünlükdür;
Müştərilərlə, xüsusilə premium seqment müştəriləri ilə iş təcrübəsi;
Azərbaycan dili və rus dili üzrə şifahi və yazılı ünsiyyət bacarığı, ingilis dili üstünlükdür;
Yüksək kommunikasiya bacarıqları və peşəkar təqdimat görünüşü;
MS Office proqramlarından, xüsusilə Word və Excel-dən sərbəst istifadə bacarığı;
CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür;
Eyni vaxtda bir neçə tapşırığı yerinə yetirmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;
Dinamik iş mühitində sakitliyi və peşəkarlığı qorumaq bacarığı.
İş şəraiti
İş qrafiki: 5 günlük;
İş saatları: 10:00 – 19:00;
Nahar şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: 1000-1200 AZN.
Maraqlanan namizədlər CV formalarını mövzu hissəsində “Reception” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
