Vakansiya haqqında
Kassir vakansiyası üzrə müştəri ödənişlərinin qəbulu, kassa əməliyyatları və hesabatların aparılması işlərini icra edəcək namizəd axtarılır.
Təsvir
Müştərilər tərəfindən ödənilən vəsaitlərin müəyyən edilmiş qaydada qəbul edilməsi;
Kassadan keçən bütün pul vəsaitləri, sənədlər və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
Nağdsız və nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə qorunması və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin olunması;
Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyəti üzrə yönləndirilməsi;
Mağaza rəhbəri olmadığı müddətdə heyətin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət etməsinin təmin edilməsi;
Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin görülməsi;
Mağaza daxilində satış və istifadə üçün nəzərdə tutulan maddi vəsaitlərə nəzarət edilməsi;
Yaranan problemlər barədə müvafiq struktur rəhbərlərinin məlumatlandırılması.
Tələblər
Natamam ali təhsil, ali təhsil arzu olunandır;
Kassir kimi minimum 6 ay iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq, rus dili biliyi arzu olunandır;
Kompüter bilikləri: MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı;
Aktivlik, çeviklik, ünsiyyətcilik və məsuliyyətlilik.
İş şəraiti
İş yeri: Bakı, 28 May filialı;
İş günləri: növbəli iş qrafiki;
Əmək haqqı: fix + bonus%;
Şirkət daxili təlimlər.
Siz də komandamıza qoşulmaq istəyirsinizsə, Müraciət et düyməsində göstərilən link vasitəsilə keçid edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
