Vakansiya haqqında
İnsan resursları üzrə mütəxəssis vakansiyası üçün kadr uçotu, ƏMAS və HR sənədləşməsi üzrə təcrübəli namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işə qəbul, işdən azad etmə, vəzifə dəyişikliyi, transfer və digər kadr əməliyyatlarını həyata keçirmək;
İşçilərlə bağlı bütün kadr sənədlərini hazırlamaq, qeydiyyatını aparmaq və arxivləşdirməni təmin etmək;
Əmək müqavilələri, əlavələr, əmrlər və digər HR sənədlərini tərtib etmək;
İşçilərlə bağlı dəyişiklikləri müvafiq dövlət portallarına vaxtında və düzgün daxil etmək;
Əmək kitabçalarının qeydiyyatını aparmaq, yeni əmək kitabçalarını açmaq və lazım olduqda doldurmaq;
Məzuniyyət qrafikini hazırlamaq, məzuniyyətləri izləmək və uçotunu aparmaq;
İşçilərin şəxsi işlərini formalaşdırmaq, yeniləmək və arxivləşdirmək;
İşçilərin müraciətinə əsasən arayış, xasiyyətnamə və digər rəsmi sənədləri hazırlamaq;
Filial rəhbərləri ilə sıx əməkdaşlıq edərək işçi heyəti ilə bağlı məsələlərin həllinə dəstək vermək;
Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesini koordinasiya etmək;
Vakansiya elanlarını hazırlamaq və paylaşmaq;
Namizədlərin ilkin qiymətləndirilməsini aparmaq, müsahibələri təşkil etmək və seçim prosesində iştirak etmək;
Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərini hazırlamaq, izləmək və miqrasiya proseslərini koordinasiya etmək;
Miqrasiya icazələri, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət etmək, yenilənmə prosesini təşkil etmək;
Gündəlik davamiyyəti izləmək, tabel məlumatlarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
Restoran əməliyyat komandası ilə sıx əməkdaşlıq edərək işçi ehtiyaclarının vaxtında qarşılanmasına dəstək göstərmək;
HR hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək vermək.
Namizədə dair tələblər
Ali təhsil (idarəetmə, psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment və ya əlaqəli sahə üzrə üstünlükdür);
Xəstəxana və klinika sahəsində insan resursları üzrə minimum 3-4 il iş təcrübəsi;
Elektron Hökümət Portalları ilə, o cümlədən ƏMAS və İSB sistemləri ilə işləmə bacarığı;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
MS Office proqramlarında işləmək bacarığı, xüsusilə MS Excel-də orta-yaxşı səviyyə;
Rus dili və ingilis dili biliyi üstünlükdür;
Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı;
Komandada işləmək və eyni zamanda müstəqil qərar vermək bacarığı;
Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq;
Çoxşaxəli iş mühitində işləmək bacarığı;
İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunur;
Yaş həddi 25-40;
Yalnız xanım namizədlər tələb olunur.
İş şəraiti
İş saatları: Bazar ertəsi-Cümə 09:00-17:00, Şənbə 10:00-14:00;
İş günləri: altı günlük iş həftəsi, Bazar ertəsi-Şənbə (qısa iş günü);
Nahar fasiləsi: 13:00-14:00;
İstirahət günü: Bazar;
İş yeri: Bakı şəhəri, AF Business House, Miniso Azerbaijan (baş ofis);
Əmək haqqı: müsahibə əsasında.
Müraciət qaydası
Uyğun namizədlər öz CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
