Vakansiya haqqında
Əməliyyatçı vakansiyası üzrə sənəd dövriyyəsi, təsərrüfat uçotu və ofis proseslərinin idarəsində dəstək göstəriləcək.
Vəzifə funksiyaları
Təsərrüfat şöbəsinə daxil olan sənədləri qəbul etmək, qeydiyyatdan keçirmək, aidiyyəti üzrə təqdim etmək və icrasını izləmək.
Şöbənin gündəlik fəaliyyəti ilə bağlı sənədlərin hazırlanması, çap olunması, surətinin çıxarılması və sistemləşdirilməsində iştirak etmək.
Ofis ləvazimatları, təsərrüfat malları və digər materiallarla bağlı sifarişlərin, tələbnamələrin və uçot sənədlərinin hazırlanmasına dəstək vermək.
Təsərrüfat şöbəsinə aid sənədlərin düzgün və ardıcıl şəkildə qovluqlarda saxlanılmasını təmin etmək.
Şöbədə aparılan təsərrüfat əməliyyatlarına dair məlumatları elektron və kağız daşıyıcılarda qeyd etmək.
Ofis ləvazimatlarının və digər təsərrüfat vasitələrinin hərəkəti üzrə uçot məlumatlarının hazırlanmasında iştirak etmək.
Şöbə rəhbərinin tapşırığı əsasında müxtəlif arayışların, siyahıların, cədvəllərin və hesabatların hazırlanmasını həyata keçirmək.
Elektron poçt, telefon və digər rabitə vasitələri ilə daxil olan xidməti müraciətləri qəbul etmək və aidiyyəti əməkdaşlara yönləndirmək.
Təsərrüfat şöbəsi ilə digər struktur bölmələr arasında sənəd və məlumat mübadiləsinin təşkilinə kömək etmək.
Şöbənin arxiv sənədlərinin formalaşdırılmasında və saxlanılmasında iştirak etmək.
Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı rəhbərliyin digər qanuni tapşırıqlarını icra etmək.
Tələblər
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Problem həll etmə bacarığı;
Operativ və düzgün qərar vermək bacarığı;
Microsoft Office proqramlarında, UYUM və platformasında sərbəst işləmək bacarığı;
Analitik düşüncə tərzi, yüksək ünsiyyət qabiliyyəti və təqdimat bacarıqları.
Müraciət qaydası
Maraqlanan namizədlər “Müraciət et” düyməsində göstərilən linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
