Vakansiya haqqında
“HORECA” MMC sürücü vakansiyası üzrə namizəd axtarır.
Namizədə tələblər
Mövcud sahə üzrə 1-3 il iş təcrübəsi
Sürücülük vəsiqəsi (BC kateqoriya)
Yük daşıma avtomobilini idarə etmək bacarığı (Ford, Hyundai)
Əmək şəraiti
Həftəiçi 5 günlük iş rejimi, saat 09:00-18:00
Faktiki iş ünvanı: Bakı şəhəri
Əmək haqqı: 800 AZN
Şəxsi keyfiyyətlər
Ünsiyyət qurmaq bacarığı
Məsuliyyətli və nizam-intizamlı olmaq
Vəzifə öhdəlikləri
Nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olmasına nəzarət etmək, yola çıxmazdan əvvəl əsas texniki vəziyyətini yoxlamaq
Rəhbərlik tərəfindən müəyyən edilmiş marşrut və tapşırıqlara uyğun olaraq malların, yüklərin və ya digər materialların vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək
Daşınan malların sayının, çeşidinin və vəziyyətinin müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq
Nəqliyyat vasitəsinin yanacaq sərfiyyatına, yürüş göstəricilərinə və texniki xidmət müddətlərinə nəzarət etmək, tələb olunan məlumatların müvafiq sənədlərdə düzgün qeyd olunmasını təmin etmək
Rəhbərlik tərəfindən əmək funksiyasına uyğun verilmiş qanuni tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
Müraciət qaydası
Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-nizi “Sürücü” başlığı altında göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
