Vakansiya haqqında
Otel daxilində avadanlıqların fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək üçün elektrik tələb olunur.
Əmək funksiyası
Sistemin dayanıqlı işləməsi üçün elektriklə bağlı yaranan nasazlıqları aradan qaldırmaq;
Elektrik işlərinə aid gündəlik tapşırıqları icra etmək;
Camaşırxana və mətbəx avadanlıqları, isitmə, havalandırma və kondisioner qurğuları, onların motor, pompa, fan, su təmizləyici mexanizmləri, elektrik generatorları, işıqlandırma və enerji təminatı, telefon və televizorlar, yanğın liftləri, təhlükəsizlik avadanlıqları və sistemləri üzrə baxım və təmir işlərini yerinə yetirmək;
Elektrik nasazlığının yerini və növünü müəyyənləşdirmək üçün sınaq avadanlıqlarından düzgün istifadə qaydalarına əməl etmək;
Profilaktik baxım və iş tələblərini müəyyən edilmiş keyfiyyət standartlarına uyğun həyata keçirmək;
Təchizatla bağlı məsələlər və çatışmazlıqlar barədə birbaşa rəhbərə məlumat vermək və müvafiq yerlərdə problemlərin aradan qaldırılmasına nəzarət etmək;
Avadanlığın istifadəsi üzrə uçot aparmaq, göstəriciləri təhlil etmək, iş rejimini və istismar şərtlərini öyrənmək, elektron avadanlıqların istismarı və texniki xidməti ilə bağlı normativ sənədlər hazırlamaq;
Avadanlıqlardakı detalların yoxlanılmasını həyata keçirmək, yaranan problemlər barədə birbaşa rəhbəri məlumatlandırmaq və nasazlığı qısa müddətdə həll etmək;
İllik baxım planlarına əlavə və artırılmalar daxil olmaqla, bütün otel ərazisində təmir, təşkilat və baxım işlərini yerinə yetirmək;
Otel ərazisində elektrik nasazlıqlarını aşkar etmək, xətləri çəkmək, sxemləri oxumaq, santexnika və mexaniki problemləri müəyyənləşdirib təmir etmək;
Həvalə olunmuş qonaq otaqları, ictimai və arxa zonalarda olan avadanlıq və ləvazimatların baxım və təmirini həyata keçirmək;
Elektrik mühərrikləri, transformatorlar, generatorlar, dövrələr, naqillər və digər elektrik avadanlıqlarını və komponentlərini elektrik qurğuları üzrə qaydalara, normalara və standartlara uyğun quraşdırmaq və təmir etmək;
Tələblər
Müvafiq vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
İngilis və rus dilləri arzu olunandır;
Elektrik, elektronika, soyutma, buxar generatoru, isitmə və kondisioner sistemi və ya santexnika sahələrindən biri üzrə texniki məktəb və ya peşə təhsili;
Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların quruluş xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək;
Santexnika, dülgərlik və ümumi texniki təchizat üzrə mexaniki bacarığa malik olmaq;
Tapşırılan işi nəzarətsiz və müstəqil şəkildə tamamlamaq bacarığı və məsuliyyəti;
Uyğun texniki təchizat təcrübəsi;
Komandada işləmək bacarığı;
Davamlı inkişaf və öyrənməyə maraqlı olmaq;
İşdə dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
