Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Veysəloğlu MMC

Təftiş üzrə mütəxəssis

SalyanMənbə: Vezife.az

Vakansiya haqqında

“Veysəloğlu” MMC Salyanda Təftiş üzrə Mütəxəssis vakansiyası üzrə müraciətləri qəbul edir. İş şəraiti İş yeri: Salyan ofisi İş qrafiki: Həftənin 5 günü, saat 08:00-dan 17:00-dək Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur Vəzifə öhdəlikləri Bu təlimat mütəxəssisin səlahiyyət, öhdəlik və məsuliyyət dairəsini müəyyən edir. İş fəaliyyətini AR qanunvericiliyi, Daxili Nəzarət Departamentinin Əsasnaməsi, rəhbərliyin əmr və tapşırıqları, həmçinin digər normativ-hüquqi aktlar əsasında təşkil etmək. Xidməti təminatında olduğu strukturlar üzrə görülən işlərlə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq. Daxili Nəzarət Departamentinin aid bölmələri ilə, zərurət yarandıqda isə “Veysəloğlu” MMC-nin digər strukturları ilə koordinasiyalı əməkdaşlıq qurmaq. Daxil olmuş məlumatları icraata qəbul etmək, müəyyən edilmiş müddətdə araşdırmaq və yekun nəticə barədə üst rəhbəri yazılı və ya şifahi şəkildə məlumatlandırmaq. Aylıq plana və rəhbər göstərişlərinə əsasən proses və qaydaları izləmək, epizodik yoxlamalar, araşdırmalar və monitorinqlər aparmaq, zərurət olduqda bazar araşdırması etmək, xidməti təqdimatlar göndərmək və yeni layihə, təkliflərlə çıxış etmək. Risklərin müəyyən edilməsi və idarə olunması məqsədilə neqativ halları aşkar etmək, onların yaranma səbəblərinin aradan qaldırılması və qarşısının alınması üçün tədbirlər görmək. Təsdiq olunmuş daxili siyasət, qayda və tələblərin tətbiqinə və icrasına nəzarətin təmin edilməsində iştirak etmək. Strukturların və əməkdaşların xidmət fəaliyyətini tənzimləyən normativ-hüquqi və təşkilati-sərəncamverici sənədlər üzrə vəzifə, funksiya və səlahiyyətlərin yerinə yetirilmə vəziyyətini müəyyən etmək və qiymətləndirmək məqsədilə operativ təftiş və qəfil monitorinqlərin aparılmasına nəzarət etmək. Mümkün maliyyə risklərinin və itkilərinin qarşısının alınması üçün əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara uyğun istifadəsinə, həmçinin uçot hesablarında düzgün əks etdirilməsinə nəzarət etmək. Balansda olan əmlakın faktiki mövcudluğu, uçot üzrə hərəkəti, təyinatı üzrə istifadəsi, vəziyyəti və silinməsi ilə bağlı dövri inventarizasiya və təftiş yoxlamalarının aparılmasına nəzarət etmək. Maddi məsul şəxslərə etibar edilmiş pul vəsaitləri, xammal, mal-material qiymətliləri, ticari mallar, əsas vəsaitlər və daxili sərf malları üzrə dövri inventarizasiya və təftiş yoxlamalarının həyata keçirilməsinə, həmçinin debitor və kreditor borc qalıqları üzrə qəfil sənədli təftiş yoxlamalarına nəzarət etmək. Nağd pul vəsaitləri, mal-materiallar və satış üçün nəzərdə tutulmuş ticari malların planlı və ya qəfil inventarizasiyasının aparılmasını, müvafiq aktların tərtib edilməsini və əvvəlki dövrlər üzrə nəticələrin yoxlanılmasını təşkil etmək, zəruri düzəlişlər üçün aidiyyəti strukturları yazılı şəkildə məlumatlandırmaq. Mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülərlə bağlanmış müqavilələrin şirkətin strategiya, prinsip və mənafeyinə uyğunluğunu yoxlamaq, ehtimal olunan riskləri müəyyən etmək və uyğun əlavə və ya dəyişikliklərlə bağlı təkliflər vermək. Balans hesablarında olan cari hesablar və əməkdaşlar üzrə şübhəli, ümidsiz və iddia müddəti keçmiş debitor və kreditor borclarının inventarizasiyası və təftişini aparmaq, nəticələri araşdırmaq, səbəbləri və səbəbkarları müəyyən etmək. İstismar müddəti bitmiş əsas vəsaitlər və inventarlar, əmtəə görünüşünü itirmiş və satış müddəti keçmiş mallar, eləcə də digər səbəblərdən maddi məsul şəxslərin hesabından uçotdan silinən əməliyyatların monitorinqinə və zərurət olduqda yoxlanılmasına nəzarət etmək. Mal-material qiymətlilərinin satış və istehlak tələbatına uyğun sifariş verilməməsi, saxlama şəraitinə düzgün əməl olunmaması nəticəsində yaranan zayolmaların, xarabolmaların və itkilərin səbəblərini araşdırmaq, təqsirkar və məsul şəxslərin fəaliyyətini təftiş etmək. Yoxlama, monitorinq və araşdırma nəticəsində müəyyən edilmiş neqativ fakt və çatışmazlıqlar barədə Operativ Yoxlama Təftiş bölmə müdirinə məlumat vermək, yoxlanılan bölmə və ya əməkdaşın rəhbərinə tələbnamə, təqdimat, xidməti məktub və təkliflər göndərmək. İnventarizasiya və təftiş yoxlamalarının nəticələrinin Azərbaycan Respublikası “Mühasibat uçotu haqqında” Qanununun və Maliyyə Nazirliyi Kollegiyasının Q-17 nömrəli, 16 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmlak və öhdəliklərin inventarizasiyası” qaydasının tələblərinə uyğun sənədləşdirilməsinə nəzarət etmək. Vəzifə funksiyalarının icrası ilə bağlı zəruri sənəd, arayış və hesabatları tələb etmək, yoxlanılan struktur bölmələrin yerləşdiyi inzibati binalara və iş yerlərinə maneəsiz daxil olmaq, nəzarət kameralarına baxış keçirmək və zəruri görüntüləri əldə etmək üçün təşkilati tədbirlər görmək. Şirkətin mənafeyini qorumaq və qanun pozuntularının qarşısını almaq məqsədilə əməkdaşların, məsul və maddi məsul şəxslərin müvəqqəti işdən kənarlaşdırılması, eləcə də onlara verilmiş səlahiyyət və yetkilərin dayandırılması barədə aidiyyəti struktur rəhbərliyinə təqdimatlar vermək. Təftiş və inventarizasiya yoxlamaları nəticəsində aşkar olunan israfçılıq, uçotdan gizlətmə, mənimsəmə, oğurluq, xarabolma və digər neqativ hallara görə şirkətə vurulmuş maddi ziyanın aidiyyəti strukturlarla birlikdə maddi məsul şəxslərdən könüllü şəkildə tutulub şirkətin hesabına bərpa olunmasına nəzarət etmək. Yoxlama apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların səbəblərini aradan qaldırmaq və qarşısını almaq üçün aidiyyəti rəhbərliklə birgə təşkilati və inzibati tədbirlərin görülməsini təmin etmək. Şirkətin struktur bölmələrində aparılmış inventarizasiya və təftiş yoxlamalarının nəticələrinə dair dövri və illik hesabatları hazırlayaraq Daxili Nəzarət Departamenti müdirinə təqdim edilməsini təmin etmək. Departamentin ayrı-ayrı bölmələri ilə birgə koordinasiyalı işin təşkili istiqamətində müvafiq tədbirlər görmək. Daxili Nəzarət Departamentində təcrübə müddəti keçən əməkdaşların təlimində və mütəxəssislərin iş keyfiyyətinin artırılmasında aktiv iştirak etmək. Daxili Nəzarət Departamentinin Əsasnaməsi ilə nəzərdə tutulmuş digər funksiya və öhdəlikləri yerinə yetirmək. Tələblər Şəxsi avtomobil mütləqdir. Riyazi biliklərə və analitik düşünmə qabiliyyətinə malik olmalıdır. MS Office proqramlarından istifadə bacarığı. SAP proqramında işləmək bacarığı. Müştərilərlə ünsiyyət qurmaq bacarığı. Təminatlar İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma. Nahar ödənişi. Müraciət qaydası Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “Təftiş üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər. Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.