Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

MicroTech LLC

Korporativ satış üzrə menecer

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Korporativ satış üzrə menecer vakansiyası IT məhsul və xidmətlərinin B2B satışında təcrübəli namizədlər üçün nəzərdə tutulub. İş şəraiti İş yeri: Çinar Plaza, Bakı İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00 - 18:00 Əmək haqqı: Rəqabətli əməkhaqqı + bonus Vəzifə öhdəlikləri IT məhsul və xidmətlərinin satış həcmini artırmaq üçün satış planlarının icrası Potensial korporativ müştərilərin müəyyən edilməsi, onlarla uzunmüddətli işgüzar əlaqələrin qurulması və idarə olunması Müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və danışıqların aparılması Satış təkliflərinin, kommersiya təkliflərinin və qiymət təkliflərinin hazırlanması və izlənməsi Müştəri tələblərinə uyğun texniki və marketinq komandaları ilə koordinasiyalı əməkdaşlıq Satış planlarının icrası və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi IT sektorunda bazar tendensiyalarının və rəqiblərin fəaliyyətinin izlənməsi Tələblər Biznes, Marketinq, IT və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi B2B sahəsində minimum 2 il iş təcrübəsi, IT sahəsində təcrübə üstünlükdür IT həlləri, proqram təminatı və ya avadanlıq satışları barədə yaxşı anlayış Güclü danışıqlar aparma, ünsiyyət və təqdimat bacarıqları Nəticəyönümlü, təşəbbüskar və motivasiyalı iş yanaşması MS Office və CRM sistemlərindən sərbəst istifadə bacarığı Azərbaycan və ingilis dillərində sərbəst danışıq, rus dili biliyi üstünlükdür IT sahəsində mövcud müştəri bazasının olması üstünlükdür Şirkət tərəfindən təqdim olunan imkanlar Stabil iş mühiti Push30 üzvlüyü ilə fitness və sağlam həyat tərzi imkanlarından istifadə Paşa Könüllü Tibbi Sığorta Peşəkar və dəstəkləyici komanda Karyera inkişafı və təlim imkanları Müraciət qaydası Maraqlanan namizədlər öz CV-lərini “Korporativ satış üzrə menecer” başlığı ilə Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.