Vakansiya haqqında
“Qardaşlar Mebel” QSC şirkəti mebel layihələrinin hazırlanması üçün dizayner axtarır.
İş şəraiti
İş qrafiki: 6 günlük iş həftəsi, bazar günü istirahət günüdür
İş yeri: Bakı, Binəqədi r., Biləcəri qəs., Binəqədi şos. 8F
Əmək haqqı: ilk ay 1200 AZN
İkinci aydan etibarən: 1500 AZN, namizədin təcrübəsi və peşəkar bacarıqları nəzərə alınmaqla müəyyən ediləcək
Vəzifə öhdəlikləri
Mebel layihələrinin hazırlanması və texniki çertyojların tərtib edilməsi
2D və 3D modellərin hazırlanması və vizuallaşdırılması
AutoCAD və 3ds Max proqramlarında işlərin icrası
İstehsal üçün texniki sənədlərin hazırlanması
İstehsalat və dizayn komandası ilə koordinasiyalı işləmək
Ölçülərin dəqiq hesablanması və material seçiminə nəzarət
Layihələrin vaxtında və keyfiyyətli icrası
Müştəri tələblərinə uyğun mebel dizaynlarının hazırlanması və təqdim olunması
Mebel, avadanlıq və dekorasiya üçün uyğun material və brendlərin seçilməsi
Sifarişlər üzrə eskiz və işçi layihələrin hazırlanması
Tələblər
Minimum 3 il iş təcrübəsi
AutoCAD proqramını mükəmməl səviyyədə bilmək mütləqdir
3ds Max və digər 3D proqramlarda işləmə bacarığı
Eskiz və detallı çertyojların hazırlanması bacarığı
Komanda ilə işləmək bacarığı və məsuliyyətli yanaşma
Detallara diqqət və dəqiqlik
Verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
Namizəd profili
Nizam-intizamlı, məsuliyyətli və təşəbbüskar
Kollektivdə sağlam iş mühitinin formalaşmasına töhfə verən
Peşəkar inkişafda maraqlı və öyrənməyə açıq
Mebel istehsal texnologiyaları haqqında biliklərə malik
Müraciət qaydası
Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
