Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bridge Academy

IELTS and General English instructor

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

BRIDGE Academy Bakı üzrə IELTS və General English üzrə təcrübəli müəllim axtarır. BRIDGE Academy korporativ və fərdi müştərilər üçün peşəkar təlimlər təqdim edən tədris mərkəzidir. Mərkəzdə tələbəyönümlü və kompleks tədris yanaşması əsas prioritet hesab olunur və hazırda peşəkar IELTS müəllimi və General English müəllimi komandasını genişləndirmək niyyətindədir. Əsas vəzifələr Bütün tələbələrin səviyyəsinə və tədris olunan proqramın məzmununa uyğun, aydın və strukturlaşdırılmış dərslər hazırlamaq. Əsas tədris materialı ilə yanaşı, praktiki fəaliyyətlər və mövzu əsaslı bölmələr hazırlayıb tətbiq etmək. Tədris prosesini təlim mərkəzinin müəyyən etdiyi standart və tələblərə uyğun təşkil etmək. Tələbələrin nəticələrini mütəmadi qiymətləndirmək və tələb olunduqda ətraflı rəy vermək. Fənnə maraq oyatmaq və tələbələri öz potensiallarını ortaya qoymağa həvəsləndirmək. Tələblər Minimum 2 il müəllimlik təcrübəsi. IELTS sertifikatı üzrə ümumi nəticə 8.0. İngilis və Azərbaycan dillərində şifahi və yazılı yüksək səviyyədə bilik. İngilis dili ana dili olmayan tələbələrlə iş təcrübəsi. Tələbələr üçün maraqlı və həvəsləndirici tədris mühiti yaratmaq bacarığı. İngilis dili mərkəzi və ya məktəbində əvvəlki təcrübə üstünlükdür. Rus dili biliyi üstünlük sayılır. Müraciət qaydası Maraqlanan namizədlərdən xahiş olunur ki, yenilənmiş CV-lərini işə müraciət düyməsində göstərilən e-poçt ünvanına göndərsinlər. E-poçtun mövzu hissəsində “IELTS/General English instructor” qeyd edilməlidir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.