Vakansiya haqqında
Anbardar köməkçisi vakansiyası elan olunur.
İş şəraiti
İş yeri: “Uniyar” MMC, Əhmədbəy Ağaoğlu 61, ADA Universiteti
İş qrafiki: 08:00-17:00; 09:00-18:00
Əmək haqqı: 700 AZN
Vəzifə öhdəlikləri
Anbara daxil olan malların, materialların və digər maddi sərvətlərin qəbul edilməsində iştirak etmək.
Qəbul edilən malların sayının, çeşidinin, qablaşdırılmasının və xarici görünüşünün sənədlərə uyğunluğunu yoxlamaq.
Malların və materialların anbar daxilində ayrılmış yerlərə düzgün və səliqəli şəkildə yerləşdirilməsinə kömək etmək.
Anbarda saxlanma qaydalarına, temperatur və digər müvafiq saxlama tələblərinə riayət etmək.
Malların çeşidlər, adlar, ölçülər və digər göstəricilər üzrə ayrılmasına və sistemləşdirilməsinə dəstək vermək.
Anbardarın tapşırığı əsasında malların hazırlanması, yığılması, qablaşdırılması və təhvil verilməsi işlərini yerinə yetirmək.
Malların yüklənməsi və boşaldılması prosesində iştirak etmək, zədələnmə və itki hallarının qarşısını almaq.
Anbarda təmizliyi, səliqəni və iş yerlərinin təhlükəsizliyini qorumaq.
Malların qalıqları, çatışmazlıqlar, artıqgəlmələr, yararsızlıq və zədələnmə halları barədə dərhal anbardara məlumat vermək.
İnventarlaşma zamanı malların sayılmasında, çeşidlənməsində və faktiki qalıqların müəyyən edilməsində iştirak etmək.
Anbar avadanlıqlarından, rəflərdən, arabacıqlardan və digər iş vasitələrindən təyinatına uyğun istifadə etmək.
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına əməl etmək.
Malların və müəssisəyə məxsus digər maddi sərvətlərin qorunmasını təmin etmək.
Anbardarın və rəhbərliyin vəzifə səlahiyyətləri çərçivəsində verdiyi qanuni tapşırıqları icra etmək.
Tələblər
Anbardar kimi minimum 1 il iş təcrübəsi
Dəqiq, məsuliyyətli və etibarlı olmaq
Komandada işləmə bacarığı
Biz təklif edirik
Rəsmi əmək müqaviləsi
Nahar şirkət tərəfindən qarşılanır
Peşəkar və mehriban kollektiv
Növbəli iş rejimi və istirahət günləri
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
