Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Global Management

SƏTƏMM mütəxəssisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Global Media Group şirkətlər qrupunda SƏTƏMM proseslərinə nəzarət edəcək mütəxəssis axtarılır. İş barədə məlumat Global Media Group şirkətlər qrupuna daxil olan müəssisələrdə SƏTƏMM (Səhiyyə, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) proseslərinə ümumi nəzarətin edilməsi; Tərkibdəki şirkətlər üzrə SƏTƏMM məsul şəxslərinin fəaliyyətinin əlaqələndirilməsi, işlərinə nəzarət olunması və müntəzəm monitorinqlərin aparılması; SƏTƏMM sahəsində daxili qayda, təlimat və prosedur layihələrinin hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət; Risklərin qiymətləndirilməsi prosesində iştirak edilməsi və önləyici tədbirlər planının hazırlanması; Əməyin mühafizəsi və təhlükəsizlik texnikası standartlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun təmin edilməsi; Baş verə biləcək bədbəxt hadisələrin və insidentlərin araşdırılması, səbəblərinin təhlili və təkrar olunmaması üçün təkliflərin verilməsi; Rəhbərliyə SƏTƏMM üzrə dövri hesabatların hazırlanması və təqdim olunması. Namizədə tələblər Təhsil: Fövqəladə hallar, həyat fəaliyyətinin təhlükəsizliyi, ekologiya və ya əlaqədar əsas sahə üzrə ali təhsil mütləqdir; İş təcrübəsi: SƏTƏMM sahəsində minimum 2 il iş təcrübəsi; Xüsusi tələb: Hərbi sistemi, hərbi intizam və təhlükəsizlik qaydalarını bilən namizədlərə üstünlük veriləcəkdir; Sertifikatlar: SƏTƏMM üzrə beynəlxalq və ya daxili sertifikatların (NEBOSH, IOSH və s.) olması arzuolunandır; Qanunvericilik bilikləri: AR Əmək Məcəlləsi və əməyin mühafizəsi üzrə normativ-hüquqi aktları mükəmməl bilməlidir; Səriştələr: Yüksək təşkilatçılıq və analitik təhlil bacarığı, prinsipiallıq, nəzarətetmə və komanda ilə işləmə qabiliyyəti. Müraciət qaydası Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.