Vakansiya haqqında
“Absheron Hospitality Group” MMC Bakı üzrə HR axtarır.
Əsas öhdəliklər
İşə qəbul, vəzifə dəyişiklikləri və əmək münasibətlərinə xitamla bağlı prosedurların icrası;
Vəzifənin xüsusiyyətinə uyğun iş vaxtı rejimlərinin hazırlanması və davamiyyətin izlənməsi;
Vakansiyaların yerləşdirilməsi və daxil olan müraciətlərin dəyərləndirilməsi;
İşə qəbul müsahibələrinin təşkili və işə qəbul prosesinin səmərəli idarə olunması;
İnsan resursları proseslərinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;
Əmək müqavilələrinin hazırlanması və qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi;
İşçilərin şəxsi məlumatlarının ERP sistemində, elektron və ya kağız daşıyıcıda qeydiyyatının aparılması və məlumatların vaxtında yenilənməsi;
Məzuniyyət uçotunun aparılması, məzuniyyət qrafiklərinin hazırlanmasında iştirak və məzuniyyət əmrlərinin rəsmiləşdirilməsi;
İşçilərin müəssisənin daxili qaydaları və prosedurları ilə tanış edilməsi.
Vəzifə üzrə əsas tələblər
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklər;
İnsan resurslarının funksiyaları, standartları və prosedurları barədə məlumat;
Effektiv ünsiyyət və təqdimat bacarığı;
Komanda ilə işləmək bacarığı;
Məxfi məlumatlarla işləmə təcrübəsi;
İngilis dili biliyi;
Microsoft Office proqramları: Word, Outlook, Excel, PowerPoint üzrə istifadə bacarığı.
Müraciət qaydası
Göstərilən kriteriyalara uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
