Vakansiya haqqında
Premium avtomobil sektorunda satış üzrə məsləhətçi axtarılır.
Əsas vəzifələr
Müştəriləri peşəkar şəkildə qarşılamaq, onların tələblərini və gözləntilərini müəyyənləşdirmək;
Avtomobillər, komplektasiyalar, texnologiyalar və üstünlüklər barədə dolğun və dəqiq məlumat vermək;
Müştərinin ehtiyacına uyğun avtomobil seçimi üzrə fərdi məsləhət təqdim etmək;
Avtomobil təqdimatı və test sürüşlərini yüksək xidmət standartlarına uyğun təşkil etmək;
Müştərini ilk müraciətdən satışın tamamlanmasına və avtomobilin təhvilinə qədər proses boyunca müşayiət etmək;
Potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq və məlumatları satış bazasında düzgün idarə etmək;
Mövcud müştərilərlə uzunmüddətli münasibətlər qurmaq, loyallığı və təkrar satış imkanlarını inkişaf etdirmək;
Aylıq və illik satış hədəflərinin və KPI göstəricilərinin yerinə yetirilməsini təmin etmək;
Əlavə məhsul və xidmətləri müştərilərə təqdim etmək;
Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanmasına nəzarət etmək;
Məhsullar, avtomobil texnologiyaları, bazar tendensiyaları və rəqiblər barədə bilikləri daim yeniləmək;
Şirkət tərəfindən keçirilən məhsul, satış və müştəri xidməti təlimlərində aktiv iştirak etmək;
Beynəlxalq standartlara, müəyyən edilmiş satış proseslərinə, müştəri xidməti tələblərinə və brend qaydalarına gündəlik fəaliyyətdə tam riayət etmək;
Regional ofis tərəfindən aparılan audit və qiymətləndirmələr üzrə müəyyən edilmiş standart və meyarların davamlı yerinə yetirilməsini təmin etmək.
Namizədə tələblər
Ali təhsil;
Yaş həddi: 25-40;
Satış və ya müştəri xidməti sahəsində minimum 2 il iş təcrübəsi;
Avtomobil, premium və ya lüks məhsul və xidmətlərin satışı üzrə təcrübə üstünlükdür;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
Rus və ingilis dillərini bilmək üstünlükdür;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Müştəri ehtiyaclarını düzgün müəyyən etmək və fərdi yanaşma göstərmək bacarığı;
Yüksək xidmət mədəniyyəti və müştəriyönümlülük;
Satış hədəflərinə və nəticəyə yönümlülük;
Beynəlxalq xidmət standartlarına və müəyyən edilmiş prosedurlara dəqiq riayət etmək bacarığı;
Detallara yüksək diqqət, məsuliyyət və təşkilatçılıq;
Peşəkar görünüş və yüksək ünsiyyət mədəniyyəti;
Təşəbbüskarlıq və komandada işləmək bacarığı;
MS Office proqramları ilə işləmək bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsi.
Biz nə təklif edirik?
Premium avtomobil sektorunda beynəlxalq standartlara uyğun peşəkar iş mühiti;
Stabil əmək haqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
Beynəlxalq standartlara uyğun məhsul, satış və müştəri xidməti təlimləri;
Peşəkar inkişaf və karyera imkanları;
Dinamik və peşəkar komandanın bir hissəsi olmaq imkanı;
Əmək haqqı 1000 AZN və satışdan bonus.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə məsləhətçi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
