Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Hermes-S MMC

Sahə rəisi

QarabağMənbə: Vezife.az

Vakansiya haqqında

Xocavənddə Sahə Rəisi vakansiyası elan olunur. Vəzifə haqqında “Hermes-S” MMC tikinti layihələrinin sahədə düzgün, keyfiyyətli və müəyyən olunmuş müddətlərdə həyata keçirilməsini təmin etmək üçün Sahə Rəisi vəzifəsinə təcrübəli və məsuliyyətli mütəxəssis axtarır. Əsas vəzifə və öhdəliklər Tikinti sahəsində gündəlik işlərin təşkili və koordinasiyasını həyata keçirmək; Tikinti-quraşdırma işlərinin təsdiqlənmiş layihəyə, işçi çertyojlara, texniki şərtlərə və normativ tələblərə uyğun icrasına nəzarət etmək; İşlərin müəyyən edilmiş qrafikə uyğun və vaxtında görülməsini təmin etmək; İşçi briqadalarının və sahədə çalışan əməkdaşların fəaliyyətini təşkil etmək və əlaqələndirmək; İş ardıcıllığının düzgün qurulmasına və səmərəli icraya nəzarət etmək; Görülən işlərin keyfiyyətini və texniki uyğunluğunu yoxlamaq; Material və avadanlıqların sahədə düzgün və səmərəli istifadəsini təmin etmək; Material və avadanlıq ehtiyacını müəyyənləşdirərək rəhbərliyə təqdim etmək; Tikinti işlərinin faktiki icra vəziyyətini qiymətləndirmək və rəhbərliyə məlumat vermək; Ölçmə, görülmüş işlərin aktlaşdırılması və təhvil-təslim proseslərində iştirak etmək; Layihə və texniki sənədlərdə aşkarlanan uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq; Aşkar edilmiş texniki və təşkilati məsələlərin operativ həllinə nail olmaq; Subpodratçı təşkilatların və briqadaların sahədə fəaliyyətinin koordinasiyasında iştirak etmək; Əmək intizamına riayət olunmasına nəzarət etmək; Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etmək; Sahədə istifadə olunan alətlərin, avadanlıqların və digər maddi resursların qorunmasına nəzarət etmək; Gündəlik və dövri hesabatların hazırlanmasını təmin etmək; Rəhbərliyin tikinti layihəsi ilə bağlı verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək. Namizədə qarşı tələblər İnşaat mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil; Tikinti sahəsində Sahə Rəisi kimi 20 ildən artıq iş təcrübəsi; Yaş həddi: 50 yaşadək; Tikinti layihələrinin sahədə təşkili və idarə olunması üzrə geniş praktiki təcrübə; Tikinti-quraşdırma işlərinin təşkili, icrası və texniki nəzarəti üzrə biliklər; Layihə, işçi çertyojlar, texniki şərtlər və digər tikinti sənədləri ilə işləmək bacarığı; Tikinti norma, qayda və standartları üzrə biliklər; Tikinti işlərinin texnoloji ardıcıllığı və icra qaydaları üzrə praktiki biliklər; Tikinti materialları, konstruksiyalar və avadanlıqlar üzrə geniş praktiki biliklər; Tikinti-quraşdırma işlərinin keyfiyyətinə və layihə tələblərinə uyğunluğuna nəzarət bacarığı; İşçi briqadalarının təşkili, idarə olunması və koordinasiyası üzrə təcrübə; Subpodratçı təşkilatların fəaliyyətinin koordinasiyası və işlərin icrasına nəzarət üzrə təcrübə; Tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun və vaxtında icrasını təmin etmək bacarığı; Görülmüş işlərin həcmlərinin müəyyən edilməsi, ölçülməsi və aktlaşdırılması üzrə biliklər; Tikinti sahəsində əmək intizamı və iş bölgüsünün düzgün təşkili bacarığı; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; Texniki sənədləşmə, hesabat və tikinti üzrə icra sənədlərinin hazırlanması bacarığı; Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər; Güclü liderlik, təşkilatçılıq və idarəetmə bacarığı; Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti; Yüksək məsuliyyət, intizam və işgüzarlıq; Komandada işləmək, işçi heyətini idarə etmək və effektiv ünsiyyət qurmaq bacarığı. Üstünlük hesab olunur Böyükhəcmli və mürəkkəb tikinti layihələrində iş təcrübəsi; Sahə rəisi, baş usta, iş icraçısı və ya digər rəhbər vəzifələrdə iş təcrübəsi; Podratçı və subpodratçı təşkilatlarla iş təcrübəsi; Tikinti layihələrinin təhvil-təslim proseslərində iştirak təcrübəsi; Müvafiq peşəkar sertifikatların olması; Tikinti sahəsində texniki sənədləşmə və hesabatların hazırlanması üzrə təcrübə. İş şəraiti İş günləri: həftənin 6 günü; İş saatları: 09:00–18:00; İş yeri: Xocavənd rayonu; Əmək haqqı: namizədin peşəkar təcrübəsi, ixtisası, bilik və bacarıqları nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək; Rəsmi əmək müqaviləsi; Peşəkar və işgüzar əmək mühiti; Uzunmüddətli əməkdaşlıq imkanı. Müraciət qaydası Vakansiyaya müraciət etmək istəyən namizədlər CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərə bilərlər. CV-də namizədin təhsil məlumatları, əvvəlki iş təcrübəsi, rəhbərlik etdiyi və ya iştirak etdiyi tikinti layihələri, eləcə də peşəkar bacarıqları ətraflı şəkildə göstərilməlidir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.