Vakansiya haqqında
BOKT “Caspian İnvest” MMC Bakı üçün informasiya təhlükəsizliyi üzrə mütəxəssis vakansiyası elan edir.
Vəzifə öhdəlikləri
İnformasiya təhlükəsizliyi üzrə gündəlik işlərin icrasına dəstək vermək;
Təhlükəsizlik sistemlərindən daxil olan məlumatların ilkin yoxlanılmasında iştirak etmək;
İstifadəçi girişləri və hesablarla bağlı proseslərə dəstək göstərmək;
Aşkar olunan təhlükəsizlik problemlərinin qeydiyyatı və izlənilməsinə kömək etmək;
Təhlükəsizlik yoxlamaları zamanı məlumatların toplanmasına dəstək olmaq;
İnformasiya təhlükəsizliyi üzrə sənədlərin hazırlanması və yenilənməsinə kömək etmək;
İnformasiya təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirlərində iştirak etmək.
İş şərtləri
Əmək haqqı: 570 AZN Gross
İş vaxtı: 9.00 – 18.00
İstirahət günləri: Şənbə və Bazar günü
Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küç 2-ci paralel /15
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Tələblər
İT, informasiya təhlükəsizliyi və ya əlaqəli sahədə təhsil alan və ya yeni məzun olmaq;
Kompüter və İT sistemləri haqqında ümumi anlayışa sahib olmaq;
Windows və Linux üzrə ilkin biliklərə malik olmaq;
Şəbəkə və informasiya təhlükəsizliyinin əsasları barədə ilkin anlayışın olması;
MS Office proqramlarından istifadə bacarığı;
Öyrənməyə həvəsli və məsuliyyətli olmaq;
Analitik düşüncə və komandada işləmək bacarığı;
Azərbaycan dili yaxşı səviyyədə;
İngilis dilində texniki sənədləri oxuya bilmək üstünlükdür.
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
