Vakansiya haqqında
Təchizatçı və satınalma proseslərini dəqiq idarə edə bilən namizədlər üçün vakansiya təqdim olunur.
Əsas vəzifələr
Təsdiqlənmiş tələblərə əsasən satınalma sorğularının toplanması və təhlil edilməsi
Təchizatçılarla ilkin araşdırmanın aparılması, kommersiya təkliflərinin yığılması və müqayisəli qiymətləndirmənin edilməsi
Satınalma sifarişlərinin (Purchase Order) vaxtında və düzgün hazırlanması, sistemə daxil olunması
Mövcud və potensial təchizatçılarla daimi əlaqənin qurulması və əməkdaşlığın davam etdirilməsi
Müqavilələrin hazırlanması prosesində iştirak edilməsi və icrasına nəzarət olunması
Təchizatçılar üzrə reyestrin (database) hazırlanması və mütəmadi yenilənməsi
Mal və materialların çatdırılma tarixlərinə nəzarət edilməsi
Çatdırılma zamanı sənədləşmənin və fiziki qəbzləşmənin düzgün aparılmasının təmin edilməsi
Gecikmə və uyğunsuzluq halları üzrə araşdırma aparılması və müvafiq tədbirlərin görülməsi
Satınalma proseslərinin şirkətin daxili siyasət və prosedurlarına uyğun icra edilməsi
Bütün satınalma əməliyyatlarına aid sənədlərin düzgün və tam şəkildə sistemdə arxivləşdirilməsi
Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Satınalma əməliyyatlarına dair tələb olunan sənədlərin auditə hazır vəziyyətdə saxlanması
Tələblər
Ali təhsil
Tikinti sahəsində minimum 3 il iş təcrübəsi
Azərbaycan dili əla səviyyədə, ingilis və rus dili isə üstünlükdür
1C və MS Office proqramlarında işləmək bacarığı
Təmkinli və səbirli olmaq
Stressə davamlılıq, dəqiqlik və 1C proqramında sərbəst işləmək
Xanım və bəy namizədlər
Əlavə qeyd
Əmək haqqı: 2000 AZN (Net)
İş yeri: Bakı, Bayıl, Xanlar küçəsi 10
İş qrafiki: həftə içi 5 gün, 09:00-18:00
Tikinti sahəsində təcrübə mütləqdir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
