Vakansiya haqqında
Bakıda SƏTƏM üzrə mütəxəssis axtarılır.
Vəzifə öhdəlikləri
İşçilərin əməyin mühafizəsi üzrə bilik və bacarıqlarını artırmaq məqsədilə onları təlimatlandırmaq və qiymətləndirmək.
Peşə sağlamlığının qorunması və təhlükəsiz əmək şəraitinin təmin olunması üçün tövsiyələr vermək, nəzarət aparmaq və sahə yoxlamaları zamanı riskləri müəyyən etmək.
Baş vermiş qəzaların səbəblərinin araşdırılmasında iştirak etmək və oxşar halların təkrarlanmaması üçün nəzarəti həyata keçirmək.
Yeni işə qəbul olunan əməkdaşlar, podratçılar, qonaqlar, ezamiyyətə gələn şəxslər, istehsalat və anbar təliminə və ya praktikasına gələn şagird və tələbələr üçün əməyin mühafizəsi üzrə giriş təlimatlandırma proqramını hazırlamaq və təlim keçmək.
Qəzalar və digər hadisələr üzrə araşdırma aparmaq, onları qeydiyyata almaq və dərhal məlumatlandırmaq.
Müəssisədaxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkilini həyata keçirmək, icrasını təmin etmək və hesabatlarını hazırlamaq.
Şirkət siyasətinə əsasən SƏTƏM ilə bağlı bütün məlumatlar və hadisələr üzrə statistik göstəriciləri rəhbərliyə təqdim etmək.
Tələblər
Ali təhsil: Ətraf Mühit Mühafizəsi və ya uyğun ixtisas üzrə bakalavr/magistr dərəcəsi.
MS Office proqramlarında işləmək bacarığı.
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı.
Əlavə qeyd
IOSH Managing Safely və ya NEBOSH IGC sertifikatına malik namizədlərə üstünlük veriləcək.
Vakansiya növü
Tam ştat
Müraciət qaydası
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
