Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Landau Education Group

English teacher (Simurq liseyi)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Simurq liseyi üçün növbəti tədris ili üzrə təcrübəli və ixtisaslı ingilis dili müəllimi axtarılır. Vəzifə öhdəlikləri Dərslərdə texnologiya və yenilikçi tədris yanaşmalarından istifadə etmək; Məktəb kurikulumuna uyğun dərs planlaşdırmaq və keçmək; Müsbət və inklüziv sinif mühiti formalaşdırmaq; Davranışın idarə olunması ilə hörmət və əməkdaşlığı təşviq etmək; Məktəbin daxili qayda və prosedurlarına əməl etmək; Şagirdlərin irəliləyişini qiymətləndirmək; Şagirdlərə və valideynlərə vaxtında və faydalı rəy vermək; Şagirdlərin inkişafı ilə bağlı həmkarlar və valideynlərlə işləmək; Şöbə və məktəb üzrə keçirilən görüşlərdə, təşəbbüslərdə iştirak etmək. Təhsil və iş təcrübəsi Bakalavr dərəcəsi mütləqdir; İngilis dili müəllimi kimi ən azı 1 il iş təcrübəsi; IELTS minimum 7.5 və ya C1 səviyyəsini təsdiqləyən göstərici; CELTA üstünlükdür; International/English speaking schools-da iş təcrübəsi üstünlükdür; Cambridge curriculum və ana dili ingilis dili tədrisi təcrübəsi üstünlükdür; LANDAU Academy sertifikatı üstünlükdür. Bacarıq və keyfiyyətlər Fənn üzrə yüksək bilik; Dəqiqlik, məsuliyyət və hesabatlılıq; Güclü ünsiyyət və inandırma bacarıqları; Müsbət yanaşma; Sinif idarəetməsi bacarıqları; Zamanın effektiv idarə olunması. Təklif olunan şərtlər AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş qrafiki: həftədə 5 gün, saat 08:00-dan 16:00-dək; Məzuniyyət: 56 gün; Peşəkar inkişaf imkanı. Müraciət qaydası Maraqlanan namizədlər Apply düyməsində verilmiş link üzərindən müraciət edə bilərlər. Qeyd: Yalnız qısa siyahıya salınmış namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.