Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Sirab Satış və Dağıtım MMC

Data analitika və AI üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Xırdalanda data analitika və AI üzrə mütəxəssis axtarılır. Vəzifə öhdəlikləri Biznes tələblərinə uyğun olaraq məlumatların təhlilini aparmaq; Şirkətin fəaliyyət göstəriciləri üzrə gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabatları hazırlamaq; SQL verilənlər bazasından və digər korporativ informasiya sistemlərindən məlumatları çıxarmaq və ilkin emalını həyata keçirmək; Microsoft Excel vasitəsilə məlumatlarla işləmək, lazımi hesablamaları aparmaq və hesabatlar hazırlamaq; Satış, maliyyə və digər struktur bölmələr üzrə məlumatları toplamaq və ilkin təhlil etmək; Hazırlanan hesabatların dəqiqliyini və məlumatların tamlığını yoxlamaq, uyğunsuzluqlar aşkar olunduqda birbaşa rəhbəri məlumatlandırmaq; Şirkətdaxili hesabatlılıq proseslərinin avtomatlaşdırılması üzrə işlərə dəstək vermək; Hazırlanmış hesabatları müəyyən edilmiş müddətlərdə aidiyyəti şəxslərə təqdim etmək. Əsas tələblər Təhsil: bakalavr; Dil bilikləri: Azərbaycan dili əla, Rus dili, İngilis dili yaxşı; SQL Server ilə işləmək bacarığı; Python bilikləri və iş təcrübəsi; AI alətlərindən istifadə bacarığı və LLM modelləri ilə iş təcrübəsi; RAG, embeddings və vector database texnologiyaları ilə işləmək bacarığı; Microsoft Excel bilikləri; Power BI ilə müxtəlif analitik hesabatlar hazırlamaq bacarığı. Fərdi keyfiyyət göstəriciləri İşdə dəqiqlik və detallara diqqət; Analitik və strateji düşüncə qabiliyyəti; Məsuliyyətlilik; Komandada işləmək bacarığı. Digər tələb və üstünlük göstəriciləri Data analitika üzrə sertifikatı olan namizədlərə üstünlük verilir. İş vaxtının norması 5 günlük iş rejimi; İstirahət günləri: şənbə və bazar. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər Razılaşma əsasında; Yemək şirkət tərəfindən; Şirkət nömrəsi və danışıq paketi. İş yeri Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A, Masazır dairəsinin yaxınlığı. Müraciət qaydası Uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Data Analitika və AI üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına və karyera@sirab.az adresinə göndərsinlər. Yalnız vakansiya tələblərinə uyğun olan seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.