Vakansiya haqqında
Motion və qrafik dizayner vəzifəsi üzrə SMM məzmunlarının yaradılması, hərəkətli vizualların hazırlanması və video dizayn işləri iş prosesinə daxildir.
Vəzifə öhdəlikləri
SMM üçün peşəkar və yaradıcı postların hazırlanması;
Hərəkətli qrafik kompozisiyaların, yəni motion işlərinin hazırlanması;
Kampaniyalar, sosial media paylaşımları və digər məzmunların hərəkətli vizual formatda hazırlanması;
Verilən təlimat və məlumatlar əsasında dizayn işlərinin vaxtında icra edilməsi;
Mürəkkəb fikir, baxış və strategiyaların izahı üçün infoqrafik və statik qrafika hazırlanması;
Müştəri tələbinə uyğun vizualların dizayn edilməsi;
Fikirlərin vizual vasitələrlə aydın şəkildə çatdırılması və detallara diqqət göstərilməsi;
Tam videoların dizayn edilməsi və redaktə olunması, o cümlədən açar, keçid, başlıq ardıcıllığı və s.
Namizəd üçün tələblər
Agentlik təcrübəsi;
Portfolio təqdim olunmalıdır;
Kreativlik, məsuliyyətlilik, səbir, punktuallıq və oxşar şəxsi keyfiyyətlər;
Adobe Premiere və Adobe After Effects bilikləri vacibdir;
Adobe Photoshop və Adobe Illustrator proqramlarında biliklər mütləqdir;
Kreativ yanaşma və təşəbbüskarlıq;
Məsuliyyətli, işgüzar, diqqətli, ünsiyyətcil və yaradıcı düşüncə qabiliyyətinə malik olmaq;
After Effects və Premiere-da video kompozisiyalar yaratmaq təcrübəsi;
Motion graphic və videography barədə tam məlumatlı olmaq;
Adobe Photoshop / Illustrator və hazırlanmış marketinq vizuallarından istifadə təcrübəsi;
AI bacarığı üstünlük hesab olunur;
Kreativ ideyalı olmaq;
Nizam-intizamlı və məsuliyyətli olmaq.
İş şərtləri
5 günlük iş qrafiki, 10:00-18:00 (ofis);
Şənbə günü qısa iş günü, 10:00-15:00 (home office);
Aylıq sabit əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Müraciət qaydası
Qeyd olunan tələblərə uyğun namizədlər CV və portfolio məlumatlarını “Qrafik və Motion designer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Qeyd: SMM Agentlik təcrübəsi olan namizədlərə üstünlük verilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
