Vakansiya haqqında
Şəxsi və ailə sürücüsü axtarılır; təhlükəsiz daşınma, yüksək xidmət mədəniyyəti və məsuliyyətli yanaşma əsas tələblərdəndir.
Vəzifə öhdəlikləri
Rəhbər şəxsin və ailə üzvlərinin rahat və təhlükəsiz daşınmasını təmin etmək;
Uşaqların məktəbə aparılması və geri gətirilməsini həyata keçirmək;
Gündəlik marşrutları və tapşırıqları vaxtında yerinə yetirmək;
Avtomobilin təmizliyinə və texniki vəziyyətinə nəzarət etmək;
Ailənin şəxsi həyatına və məxfi məlumatlarına hörmətlə yanaşmaq;
Yüksək xidmət mədəniyyəti və peşəkar davranış nümayiş etdirmək.
Namizədə tələblər
Minimum 10 il sürücülük təcrübəsi;
Yol hərəkəti qaydalarını mükəmməl bilmək;
İş bölgəsini və əsas marşrutları yaxşı tanımaq;
Premium sinif avtomobillərin idarə olunması sahəsində təcrübə üstünlükdür;
Səliqəli xarici görünüş, nəzakətli ünsiyyət və məsuliyyətli davranış;
Punktuallıq, təmkinlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək;
Uşaqlarla ünsiyyətdə etik davranış qaydalarını bilmək;
İşə qəbul üçün namizədin müvafiq ərazilərdə yaşaması üstünlükdür və hər gün səhər müəyyən olunmuş vaxtda göstərilən ünvana vaxtında gəlməsi gözlənilir;
40-55 yaş aralığında olan namizədlərə üstünlük verilir.
İş şəraiti
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir, yemək pulu ayrıca ödəniləcək;
İş qrafiki: 6 gün, bazar günü istirahət;
Uzunmüddətli və stabil əməkdaşlıq imkanı.
Müraciət qaydası
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994-77-117-84-92 əlaqə nömrəsinə göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
