Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Baku Electronics

Texniki dəstək məsləhətçisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Texniki dəstək məsləhətçisi vakansiyası telefon, planşet, noutbuk, TV, smart saat, PlayStation və printerlərin quraşdırılması üzrə iş fəaliyyətlərini icra edəcək. Vəzifə funksiyaları Telefon, planşet və noutbukların formatlanması, həmçinin proqram təminatının quraşdırılması; TV məhsullarının sazlanması və ilkin quraşdırma parametrlərinin tənzimlənməsi; Smart saatların sinxronlaşdırılması, hesablarının qurulması və istifadəyə hazırlanması; PlayStation konsollarının quraşdırılması, yenilənməsi və istifadə üçün optimallaşdırılması; Printerlərin fiziki və proqram təminatı üzrə quraşdırılması, şəbəkəyə qoşulması və test çaplarının aparılması; Müştərilər üçün yeni hesabların yaradılması və məlumatların köçürülməsi; Telefon və planşetlər üçün qoruyucu üzlüklərin çəkilməsi. Digər şərtlər Telefon, planşet, noutbuk və digər elektron cihazların texniki xüsusiyyətləri və iş prinsipləri barədə ümumi bilik; Windows və digər əməliyyat sistemlərinin quraşdırılması və ilkin sazlanması üzrə bilik; Proqram təminatlarının quraşdırılması və cihazların istifadəyə hazırlanması bacarığı; Müxtəlif hesabların yaradılması, cihazlar arasında məlumatların köçürülməsi və sinxronizasiya proseslərini həyata keçirmək bacarığı; Müştərilərlə düzgün ünsiyyət qurmaq və xidmət göstərmək bacarığı; Texniki məsələləri operativ şəkildə həll etmək və yaranan problemlərə düzgün yanaşmaq bacarığı; Diqqətli və məsuliyyətli olmaq; Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə həvəsli olmaq. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.