Vakansiya haqqında
Avtobus sürücüsü vakansiyası üzrə peşəkar namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Namizəd müəyyən edilmiş marşrut və hərəkət cədvəlinə uyğun olaraq avtobusu təhlükəsiz idarə etməli, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etməlidir.
Avtobusu təsdiq edilmiş marşrut və qrafik əsasında təhlükəsiz idarə etmək;
Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək;
Yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət etmək;
Avtobusun texniki vəziyyətinə nəzarət etmək və aşkar edilən nasazlıqlar barədə vaxtında məlumat vermək;
Xidmət zamanı yaranan fövqəladə və digər hallarda müəyyən olunmuş qaydalara əsasən hərəkət etmək;
Təsdiq edilmiş vəzifə təlimatına uyğun gündəlik əmək funksiyalarını yerinə yetirmək;
Gərgin və operativ iş şəraitində çalışmaq bacarığına malik olmaq, təhlükəsizlik prosedurlarına və intizam qaydalarına ciddi əməl etmək, məsuliyyətli davranmaq.
Namizədə tələblər
Yaş həddi: 65 yaşa qədər;
D kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır;
Həqiqi hərbi xidmət keçmiş olmalıdır;
Avtobus idarə etmək sahəsində iş təcrübəsi üstünlükdür;
Sərnişinlərlə düzgün ünsiyyət qurmaq bacarığı olmalıdır.
İş şəraiti
Əmək haqqı: 1350 AZN (Gross);
İş rejimi: növbəli;
İş yeri: Bakı şəhəri;
Müəssisədəki iş stajına uyğun olaraq əməkhaqqına əlavələr;
Geyim forması ilə təminat;
Servis xidməti;
Stabil və etibarlı iş mühiti.
Sizə təqdim olunur
Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
Psixoloji dəstək xidməti.
Müraciət qaydası
Bakı üzrə avtobus sürücüsü işi üçün müraciətinizi hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki vasitəsilə https://hr.metro.gov.az/vacancy/5660 ünvanında tamamlaya bilərsiniz.
Uğurlar!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
