Vakansiya haqqında
Peşəkar mühitdə qonaqların qarşılanması, zənglərin yönləndirilməsi və sənəd dövriyyəsinin təşkili üzrə Qeydiyyatçı axtarılır.
Vəzifə haqqında
Bakı Fond Birjası (BFB) komandasında çalışacaq məsuliyyətli və diqqətli Qeydiyyatçı axtarılır. Namizəd qonaqların qarşılanması, daxil olan müraciətlərin operativ yönləndirilməsi, sənəd və göndərişlərin düzgün idarə edilməsi, eləcə də gündəlik inzibati işlərin səmərəli təşkili üçün məsuliyyət daşıyacaq.
Detallara diqqət yetirirsinizsə, dəqiqlik və peşəkarlıq sizin üçün önəmlidirsə, dinamik iş mühitində işləməyi sevirsinizsə, komandamıza qoşulmağa dəvət edirik.
Tələblər
Şirkətə gələn qonaqları peşəkar və nəzakətli şəkildə qarşılamaq, lazımi məlumatı vermək və onları aidiyyəti şəxslərə və ya struktur bölmələrə yönləndirmək.
Ofisə daxil olan qonaqların qeydiyyatını aparmaq, giriş-çıxış qaydalarına və müəyyən edilmiş təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək.
Şirkətin ümumi əlaqə nömrəsinə daxil olan zəngləri cavablandırmaq, müraciətləri operativ emal etmək və ehtiyac olduqda aidiyyəti şəxslərə yönləndirmək.
Daxil olan və göndərilən məktubların, kuryer göndərişlərinin və digər sənədlərin qəbulunu, qeydiyyatını və ünvanına çatdırılmasını təmin etmək.
Şirkətin daxili qayda və prosedurlarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqları yerinə yetirmək.
Əsas tələblər
Tam orta və ya ali təhsil.
MS Office proqramlarından, xüsusilə Word, Excel və Outlook-dan yaxşı səviyyədə istifadə bacarığı.
Şifahi ünsiyyət və komanda ilə işləmək bacarığı.
Qonaqlar, əməkdaşlar və digər müraciət edən şəxslərlə peşəkar, nəzakətli və gülərüz ünsiyyət qurmaq bacarığı.
Məsuliyyətlilik, diqqətlilik, dəqiqlik və təşkilatçılıq bacarığı.
Birdən çox gündəlik tapşırığı düzgün prioritetləşdirmək və dinamik iş mühitində operativ işləmək bacarığı.
Biz nə təklif edirik?
Azərbaycanın yeganə fond birjasında peşəkar karyera inkişafı imkanları;
Dünyanın aparıcı fond birjaları ilə əməkdaşlıq çərçivəsində beynəlxalq bilik və təcrübə mübadiləsi imkanları;
Davamlı təlim və peşəkar inkişaf proqramları;
Müasir, əməkdaşlığa və qarşılıqlı dəstəyə əsaslanan iş mühiti;
Sizin və ailə üzvləriniz üçün geniş əhatəli tibbi sığorta.
Bilik və bacarıqlarınızı peşəkar mühitdə tətbiq etmək, maliyyə bazarlarının gələcəyinin formalaşmasına töhfə verən komandanın bir parçası olmaq istəyirsinizsə, sizi Bakı Fond Birjasına qoşulmağa dəvət edirik.
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Məktubun mövzu hissəsində: Qeydiyyatçı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
