Vakansiya haqqında
İnsan resursları üzrə mütəxəssis vakansiyası üçün müraciətlər qəbul olunur.
İş şəraiti
Region: Bakı
Əmək haqqı: 800 - 1500 AZN (müsahibə əsasında dəyişə bilər)
İş qrafiki: Tam iş günü (5 gün)
İş saatı: 09:00 – 18:00
Təklif olunur: Mobil nömrə ilə təminat, nahar yeməyi
Şirkətimizdə insan resursları sahəsində işləmək istəyən, məsuliyyətli və işində dəqiq olan İnsan Resursları üzrə Mütəxəssis tələb olunur.
Vəzifə öhdəlikləri
Şirkətin kadr ehtiyacına uyğun vakansiyaların yerləşdirilməsi, CV-lərin seçilməsi və müsahibələrin təşkili;
İşə qəbul, vəzifə dəyişikliyi, işdən azad etmə və məzuniyyət proseslərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun şəkildə rəsmiləşdirilməsi;
ƏMAS portalında (e-gov) əmək müqaviləsi bildirişlərinin vaxtında işlənməsi və tənzimlənməsi;
İşçilərin şəxsi işlərinin hazırlanması, qaydaya salınması və davamiyyət uçotunun (tabel) aparılması;
Şirkətdaxili intizam qaydalarına əməl olunmasına nəzarət və uyğunlaşma (onboarding) prosesinin təşkili.
Tələblər
Ali təhsil (İnsan resurslarının idarə edilməsi arzuolunandır);
HR sahəsində 1-3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
Microsoft Office, xüsusilə Excel proqramlarında sərbəst işləmək bacarığı;
Yüksək ünsiyyət qabiliyyəti, təşkilatçılıq, məsuliyyətlilik və məxfiliyi qoruma bacarığı.
Əlaqə
Əlaqə nömrəsi: 051-207-27-31
Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
