Vakansiya haqqında
“Pizza Mizza” MMC-də inzibati və ofis idarəçiliyi üzrə menecer axtarır.
Vəzifə öhdəlikləri
Ofisin gündəlik iş prosesini təmin etmək;
Telefon zənglərini, məktubları və e-mailləri qəbul etmək və uyğun şəkildə yönləndirmək;
Qonaqların qarşılanması və qəbul qaydalarını təşkil etmək;
Ofis ləvazimatları, təsərrüfat və texniki vasitələrin təminatını və uçotunu aparmaq;
Sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və sistemləşdirilməsinə nəzarət etmək;
Görüş, iclas və tədbirlərin təşkili üçün inzibati dəstək göstərmək;
Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq icra etmək;
Ofis daxilində intizam və nizam qaydalarına nəzarət etmək;
İnzibati hesabatları hazırlamaq və təqdim etmək.
Namizədə tələblər
Ali təhsil;
Ofis idarəçiliyi və ya inzibati işlər sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
MS Office proqramlarından sərbəst istifadə bacarığı;
Qadın namizədlərə üstünlük verilir;
Təşkilatçılıq bacarığı;
Ünsiyyətcil, operativ və məsuliyyətli olmaq;
Peşəkar görünüş, səlis danışıq və ünsiyyət bacarığı.
İş şəraiti
İş qrafiki: həftə içi 5 gün, 09:00 – 18:00;
Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun;
Əmək haqqı: 800 AZN;
Nahar şirkət tərəfindən təmin olunur;
İş yeri: Babək Plaza (Xətai metro yaxınlığı).
Müraciət qaydası
Maraqlanan şəxslər 050-291-77-35 nömrəsinə yazmaqla əlaqə saxlaya və ya CV-lərini “Ofis meneceri” başlığı ilə Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
