Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bağçam Preschool Network

Pediatr (uşaq həkimi)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İş şəraiti İş qrafiki: tam iş günü İş saatları: 08:00–18:00 Əməkhaqqı: 550–600 AZN Namizədə tələblər Ali tibbi təhsilin olması Pediatriya ixtisası üzrə təhsili və ya müvafiq ixtisas hazırlığı olan namizədlərə üstünlük verilir Uşaqlarla işləmək bacarığı və onların yaş xüsusiyyətlərini nəzərə almaq Uşaqların sağlamlıq vəziyyətini qiymətləndirmək və xəstəlik əlamətlərini vaxtında müəyyən etmək bacarığı İlkin tibbi yardım və təcili vəziyyətlərdə davranış qaydalarını bilmək Yoluxucu xəstəliklərin profilaktikası və sanitar-gigiyenik qaydalar barədə məlumatlı olmaq Valideynlərlə və bağça əməkdaşları ilə düzgün ünsiyyət qurmaq bacarığı Məsuliyyətli, diqqətli, səbirli və intizamlı olmaq Tibbi sənədləşməni aparmaq bacarığı Praktik tibbi fəaliyyət üçün tələb olunan qüvvədə olan sertifikasiya və digər sənədlərə malik olmaq Əsas iş öhdəlikləri Bağçada olan uşaqların sağlamlıq vəziyyətinə nəzarət etmək Uşaqların mütəmadi tibbi müayinəsini və sağlamlıq göstəricilərinin qiymətləndirilməsini təşkil etmək Xəstəlik əlamətləri müşahidə olunan uşaqlarla bağlı müvafiq tədbirləri müəyyənləşdirmək Uşaqların sağlamlığı ilə bağlı valideynlərə tövsiyələr vermək Yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər görmək Bağça rəhbərliyi və tibb bacısı ilə koordinasiyalı işləmək Uşaqların sağlamlığına dair tibbi qeydlərin və sənədlərin aparılmasında iştirak etmək Zəruri hallarda uşağın əlavə müayinəyə və ya təcili tibbi yardıma yönləndirilməsini təmin etmək Biz nə gözləyirik? Uşaqların sağlamlığına həssas yanaşan, peşəsini sevən, diqqətli və kollektivlə işləməyi bacaran həkimlərin müraciətlərini gözləyirik. Müraciət qaydası Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.