Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Arbinex

Satış meneceri (IT / ERP)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

IT və ERP satış sahəsində təcrübəsi olan Satış Meneceri axtarılır. Əsas vəzifələr Arbinex-in ERP və digər IT həllərinin potensial müştərilərə təqdim edilməsi və satışı; Yeni B2B müştərilərin tapılması və cəlb olunması; Potensial müştərilərlə ilkin əlaqənin qurulması, ehtiyacların müəyyən edilməsi və uyğun həllərin təklif olunması; ERP sistemlərinin funksionallığının müştərilərə biznes ehtiyacları əsasında izah edilməsi; Məhsul təqdimatları və demo görüşlərinin təşkili və keçirilməsində iştirak; Müştərilərlə kommersiya danışıqlarının aparılması və satış prosesinin son mərhələyədək idarə olunması; Hazırlanan kommersiya təkliflərinin müştərilərə təqdim edilməsi və izlənməsi; Hazır və potensial müştərilərlə uzunmüddətli biznes əlaqələrinin qurulması; CRM sistemi vasitəsilə satış pipeline-ının və müştəri məlumatlarının idarə olunması; Bazarın və rəqiblərin araşdırılması, yeni satış imkanlarının müəyyənləşdirilməsi; Satış planlarının və KPI-ların icrası; Satış nəticələri üzrə müntəzəm hesabatların hazırlanması. Namizədə tələblər Mütləq tələblər: IT sahəsində ən azı 1-2 il satış təcrübəsi; ERP sistemlərinin satışında real iş təcrübəsi; B2B satış və korporativ müştərilərlə iş təcrübəsi; ERP sistemlərinin əsas məntiqini və biznes proseslərini anlamaq; Müştərinin biznes ehtiyacını müəyyən edərək uyğun IT həllini təqdim edə bilmək; Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı; Satış prosesini lead mərhələsindən müqavilənin bağlanmasına qədər idarə edə bilmək; Nəticəyönümlü və satış hədəflərinə fokuslanan yanaşma; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; MS Office və CRM sistemlərindən istifadə bacarığı. Üstünlük hesab olunur ERP, CRM, HRM, Accounting və ya digər biznes proqram təminatlarının satışında təcrübə; Odoo, SAP, 1C, Logo, Mikro və ya digər ERP sistemləri ilə iş təcrübəsi; IT məhsullarının B2B satışında müştəri portfelinin olması; SaaS məhsullarının satışında təcrübə; IT layihələrinin və proqram təminatının kommersiya tərəfini anlamaq; İngilis və ya rus dili biliyi; Aktiv müştəri bazasının olması. Biz nə təklif edirik? IT və sürətlə inkişaf edən şirkətdə çalışma imkanı; Müasir ERP və biznes avtomatlaşdırma həllərinin satışında iştirak; Əmək haqqı və satış nəticələrinə əsaslanan bonus sistemi; Karyera və peşəkar inkişaf imkanları; Rahat və dinamik iş mühiti; Real nəticələrə əsaslanan motivasiya sistemi; Korporativ müştərilərlə işləyərək B2B satış sahəsində inkişaf imkanı. İş qrafiki İş rejimi: Tam iş günü, 5 gün; İş yeri: Bakı, Ağ Şəhər; Şirkət: Arbinex Tech Solutions. Vacib qeyd Xahiş olunur yalnız IT sahəsində satış təcrübəsi və xüsusilə ERP sistemlərinin satışında təcrübəsi olan namizədlər müraciət etsinlər. Müraciət qaydası Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV-də satışını həyata keçirdiyiniz ERP və ya IT məhsullarını, işlədiyiniz şirkətləri və satış nəticələrinizi qeyd etməyiniz üstünlükdür.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.