Vakansiya haqqında
Bakı üçün satış meneceri vakansiyası üzrə korporativ müştərilərlə işləyəcək, satış prosesini dəstəkləyəcək və əlaqələri idarə edəcək namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması
Məhsul və xidmətlərin müştərilərə təqdim edilməsi
Satışın stimullaşdırılması üçün təkliflərin hazırlanması
Müştəri bazasının genişləndirilməsi məqsədilə strateji satış planlarının hazırlanması və icrası
Şirkətin satış həcminin artırılmasına dəstək göstərilməsi
Satış və müştəri əlaqələri ilə bağlı hesabatların rəhbərliyə mütəmadi təqdim olunması
İş şəraiti
İş qrafiki: I-VI günlər
İstirahət günü: bazar günü
Korporativ nömrə ilə təmin edilmə
Əmək haqqı: 600 - 1500 AZN
İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 27B
Tələblər
Yaş həddi: 21-35
Ali təhsil
Xanım və bəy namizədlər
Azərbaycan dilində səlis danışıq, rus dili arzuolunandır
Kreativ və innovativ düşüncə tərzi
MS Office proqramları üzrə bilik
Səlis və işgüzar danışıq bacarığı
Məsuliyyətli və diqqətli olmaq
Satış qabiliyyəti
Səbrli və nəzakətli olmaq
Kollektivlə işləmək bacarığı
Vakansiyaya müraciət etmək istəyən uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq və onlar müsahibə mərhələsinə dəvət ediləcəklər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
