Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

FAB Boya və Kimya Sənayesi MMC

Satış təmsilçisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakı, Gəncə və Göyçay üzrə Satış Təmsilçisi vakansiyası üçün təcrübəli namizədlər müraciət etməyə dəvət olunur. Vakansiya barədə FAB Şirkətlər Qrupu satış komandasını genişləndirir və dinamik iş mühitində işləməyi sevən, satış sahəsində təcrübəsi olan namizədləri Satış təmsilçisi vəzifəsinə müraciət etməyə çağırır. Əsas vəzifələr Şirkət məhsullarının satışını həyata keçirmək; Yeni müştəriləri cəlb etmək və mövcud müştərilərlə işləmək; Soğuq satışları həyata keçirmək; Müştəri ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsulları təqdim etmək; Satış hədəflərinə çatmaq; Müştərilərlə effektiv və uzunmüddətli əlaqələr qurmaq; Satış nəticələrini təhlil etmək və hesabatlar hazırlamaq. Namizədə tələblər Şəxsi avtomobilin olması mütləqdir; B kateqoriyalı sürücülük vəsiqəsi; Yaş həddi: 25–45 yaş; Soğuq satış sahəsində minimum 2 il iş təcrübəsi; Müştəri ehtiyaclarını düzgün analiz edib uyğun məhsul təqdim etmək bacarığı; Satış göstəricilərini təhlil etmək və nəticəyönümlü işləmək bacarığı; Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı; Komandada səmərəli işləmək bacarığı; İnkişafa açıq və təşəbbüskar olmaq; Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı. Təklif olunur Sabit əmək haqqı Bakı üçün 500 AZN Bölgələr üçün 400 AZN Aylıq 1000 AZN-dən yuxarı bonus imkanı Yanacaq xərclərinin qarşılanması İş qrafiki: 08:00–17:00 Peşəkar inkişaf və karyera yüksəlişi imkanları Korporativ və dinamik iş mühiti Böyüyən və uğurlu komandanın bir hissəsi olmaq imkanı Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Təmsilçisi – Yaşayış yeri” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Qeyd: Elanın əhatə etdiyi bölgələr üzrə yaşayış yerinizi CV göndərərkən mövzu hissəsində mütləq qeyd edin.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.