Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Caspian Cable Systems

Anbardar

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Anbardar vakansiyası üzrə işə qəbul elan olunur. Vəzifə öhdəlikləri Hazır məhsul üzrə hesabatların hazırlanması və aidiyyəti strukturlara, o cümlədən satış bölməsinə göndərilməsi; İstehsaldan çıxmış hazır məhsulların sayılması, qaimələrinin yoxlanılması və anbara qəbul edilməsi; Xammalın qaimə əsasında anbara qəbulunun həyata keçirilməsi; Təsərrüfat məhsullarının gündəlik qaimələr ilə uzlaşdırılaraq qəbul olunması; Hazır məhsulların düzgün qaydada yığılmasına və yerləşdirilməsinə nəzarət edilməsi; Anbardan çıxan hazır məhsulların qaimə əsasında təhvil verilməsi və maşınlara yüklənməsinin təmin olunması; Anbar yerdəyişmə qaimələrinin mühasibatlıq şöbəsinə təqdim edilməsi; Anbara daxil olan və anbardan çıxan hazır məhsulların qeydiyyatının aparılması; Anbara daxil olan xammalın qeydiyyatının aparılması; Anbardan çıxan və anbara daxil olan təsərrüfat və ərzaq məhsullarının qeydiyyatının aparılması, təhvil-təslim prosesinin həyata keçirilməsi; Xammalın tələbə uyğun şəkildə qaimə əsasında istehsala təhvil verilməsi; Ayda bir dəfə sayım prosesinin aparılması və mühasibatlıqla yoxlanılması; Sayım zamanı aşkar olunan məsələlərin mühasibatlıqla birlikdə araşdırılması və həll edilməsi; Lazım olduqda anbar hesabatlarının rəhbərliyə təqdim edilməsi; Barabanların qaimə əsasında qəbul edilməsi və qeydiyyatının aparılması; Barabanların istehsal departamentinə təhvil verilməsi; Anbar qalığına nəzarət edilməsi; Stokda olmayan təsərrüfat mallarının təchizat şöbəsinə sifariş edilməsi; Stokda olmayan xammalın istehsalatla razılaşdırıldıqdan sonra təchizata sifariş edilməsi; Stok səviyyəsinin satış bölməsi ilə müzakirə olunması; Rəhbərlik tərəfindən bu sahə üzrə verilən digər tapşırıqların yerinə yetirilməsi. Tələblər Ali təhsil; Ən azı 1-3 il iş stajı; Azərbaycan dili biliyi; Peşə səriştələri Effektiv ünsiyyət; Operativlik; Dəqiqlik. Kompüter bilikləri MS Office; Outlook; 1 C. İş şərtləri 5 günlük iş qrafiki, saat 08:00-dan 17:00-dək; Əmək haqqı: 800 AZN; İş yeri: Bakı; Nahar və servis şirkət tərəfindən təmin olunur. İşə qəbul zamanı qeyd olunan ərazidə yaşayan namizədlərə üstünlük verilir. Maraqlanan namizədlər CV-lərini “Müraciət et” düyməsində göstərilən elektron ünvana göndərə və mövzu hissəsində Anbardar yazmalıdırlar.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.