Vakansiya haqqında
Qaynaqçı vakansiyası üçün istehsalat müəssisəsində təcrübəli və məsuliyyətli namizədlər axtarılır.
İş barədə məlumat
Zavodun istehsalat və texniki sahələrində qaynaq işlərinin icrası;
Verilmiş çertyoj, ölçü və texniki tələblərə uyğun metal konstruksiyaların hazırlanması və qaynaqlanması;
Müxtəlif mövqelərdə, o cümlədən üfüqi, şaquli, 45° və digər vəziyyətlərdə qaynaq işlərinin aparılması;
Metal konstruksiyaların, avadanlıqların və digər metal hissələrin təmir və bərpası;
Qaynaq və kəsmə zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl edilməsi;
Təhvil verilmiş avadanlıq, alət və iş sahəsinin səliqəli və işlək saxlanılması;
Rəhbərliyin verdiyi tapşırıqlara uyğun digər qaynaq və texniki işlərin yerinə yetirilməsi.
Namizədə tələblər
Qaynaqçı üzrə müvafiq peşə təhsili və ya sertifikat;
Müxtəlif qaynaq üsulları və avadanlıqları barədə bilik;
Metal konstruksiyaların hazırlanması və qaynaqlanması üzrə praktiki bacarıq;
Qaynaqçı kimi 2-3 il iş təcrübəsi;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməsi;
Məsuliyyətli, intizamlı və komanda ilə işləmək bacarığı.
İş şəraiti
İş yeri: Xırman MMC, istehsalat müəssisəsi;
İş qrafiki: 6 günlük;
Əmək haqqı: 700-800 AZN;
Nahar şirkət tərəfindən təmin olunur.
Müraciət qaydası
Vakansiya başlığını qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına CV-nizi göndərməyiniz xahiş olunur.
Bakı və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir. Əlaqə: 0552531364
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
