Vakansiya haqqında
Ofis meneceri üzrə vakansiya elan olunur.
İş haqqında məlumat
Ofisin gündəlik fəaliyyətini təşkil etmək və idarə etmək;
Gələn zəngləri cavablandırmaq və uyğun istiqamətə yönləndirmək;
Sənədləri qəbul etmək, qeydiyyata almaq və arxivləşdirmək;
Ofis ləvazimatlarının sifarişi və təminat prosesinə nəzarət etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
Qonaqları qarşılamaq və onları yönləndirmək;
Satılan məhsullar üzrə sifarişlərin təsdiqlənməsini həyata keçirmək.
İş şəraiti
İş yeri: Ramana (Buta şadlıq sarayının arxası, hava limanı yolunun üstü);
İş rejimi: Tam ştat, 6 günlük iş həftəsi;
Həftə içi iş saatları: 08:30-18:00;
Həftə sonu iş saatları: 09:00-17:00;
Nahar şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: 600 manat, başlanğıc olaraq.
Tələblər
Ali və ya orta ixtisas təhsili;
Oxşar sahədə minimum 2 il iş təcrübəsi;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Azərbaycan dilində səlis danışmaq və yazmaq;
Ən azı bir xarici dil biliyi üstünlük hesab olunur (rus və ya ingilis dili).
Müraciət qaydası
CV-nizi mövzu hissəsində “Ofis Meneceri” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
