Vakansiya haqqında
Logistika mərkəzində işləyəcək təcrübəli elektrokar sürücüsü axtarılır.
Vəzifə öhdəlikləri
Namizəd anbar və logistika proseslərində yüklərin düzgün daşınması, yerləşdirilməsi və avtokarın təhlükəsiz idarə olunmasına cavabdeh olacaq.
Yüklərin təyinatına uyğun şəkildə boşaldılması, daşınması və yerləşdirilməsi;
Anbardan çıxışı təsdiqlənmiş yük və paletlərin daşıma vasitəsinə yerləşdirilməsi;
Anbara daxil olan paletli yüklərin rəflərdə müvafiq xanalara yerləşdirilməsi;
Avtokarın təhlükəsiz və səmərəli idarə olunmasına görə məsuliyyət daşımaq;
İşin düzgün planlaşdırılması və verilən tapşırıqların vaxtında icrası;
Təhkim olunmuş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən əvvəl vizual yoxlama aparmaq;
Texnikanın istismar tələblərinə uyğun planlı nəzarətini həyata keçirmək və təmir ehtiyaclarını müəyyənləşdirmək;
Aşkar olunan bütün nasazlıqlar barədə dərhal sahə rəisinə məlumat vermək;
İş yerində əməyin təhlükəsizliyi qaydalarına və qanunlara uyğun fəaliyyət göstərmək.
İş şəraiti
İş qrafiki: 6 gün iş, 1 gün istirahət;
İş rejimi: növbəli qrafik;
Servis: 20 Yanvar və Koroğlu metro stansiyalarından şirkət tərəfindən servis təmin olunur;
İş yeri: Abşeron Logistika Mərkəzi.
Tələblər
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Avtoyükləyici texnikanı idarə etmək üçün müvafiq vəsiqə və ya sertifikatın olması mütləqdir;
Komandada işləmək bacarığı;
Nizam-intizamlı, məsuliyyətli və dəqiq olmaq.
Vakansiya növü
Müvəqqəti.
Müraciət qaydası
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
