Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Neft - Mədən Avadanlığı MMC

Satınalma üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda satınalma üzrə mütəxəssis vakansiyasında təchizat, sifarişlərin idarə olunması və təchizatçıların qiymətləndirilməsi üzrə peşəkar namizəd axtarılır. Vəzifə və öhdəliklər Bazarın təhlilini aparmaq, tələb olunan materialları xarici bazarda araşdırmaq, təchizatçı bazasını formalaşdırmaq və təhlil etmək; Təchizat sifarişlərinin idarə edilməsini təşkil etmək, o cümlədən sifarişlərin yerləşdirilməsi, izlənməsi, hesabatların hazırlanması, bağlanması və alışların qeydiyyata alınması; Tədarükçü şirkətlərdən qiymət təkliflərini toplamaq, təklifləri müqayisəli şəkildə təhlil etmək və ən uyğun variantı rəhbərliyə təqdim etmək; Satınalma prosesinin vaxtında, müəyyən olunmuş prosedur və qaydalara uyğun, ən sərfəli şərtlərlə həyata keçirilməsinə nəzarət etmək; Sifariş olunan malların vəziyyətini izləmək, düzgün daşınma və çatdırılma prosesini təşkil etmək, hər hansı maneə olduqda rəhbərliyi məlumatlandırmaq; Görülən işlər üzrə gündəlik, həftəlik və aylıq hesabatları birbaşa menecerə təqdim etmək; Etibarlı satıcı və təchizatçılar bazasını inkişaf etdirmək. Tələblər Ali təhsil; Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; 1C, MS Windows sistemi və Microsoft Office proqramlarında işləmək bacarığı; Azərbaycan dili mükəmməl, rus dili əla, ingilis dili əla səviyyədə; Təchizatla bağlı hüquqi-normativ sənədlər barədə məlumat; Komanda ilə işləmək bacarığı; Effektiv ünsiyyət, çeviklik, məsuliyyətlilik və intizamlılıq; Korporativ yazışma və işgüzar danışıqlar aparmaq bacarığı. İş şəraiti İş qrafiki: I-V günlər, 09:00-18:00; Əmək haqqı: Müsahibə əsasında. Müraciət qaydası Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. E-poçtun mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd olunmalıdır. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.