Vakansiya haqqında
Göyçayda katib-referent üzrə tam ştat iş imkanı axtaran namizədlər üçün sənəd dövriyyəsi, telefon zəngləri və rəhbərliklə iş üzrə vakansiya təqdim olunur.
Vəzifələr
Daxil olan və göndərilən məktubların qeydiyyatını aparmaq;
Telefon zənglərini cavablandırmaq, daxil olan məlumatları qeyd etmək və məzmunu aidiyyəti şəxslərə çatdırmaq;
Məktubları və rəhbərliyə təqdim olunacaq materialları kompüterdə hazırlamaq və rəsmiləşdirmək;
İclas, toplantı və görüşlərin təşkili üçün hazırlıq işlərini yerinə yetirmək;
Qonaqların qəbulunu təşkil etmək;
Sənədləri bankda qəbul olunmuş qaydalara uyğun tərtib etmək və onların saxlanılmasını təmin etmək;
Aidiyyatı idarə əməkdaşlarının işə davamiyyətinə nəzarət etmək və 1C proqramında müvafiq qeydlər aparmaq;
Rəhbərliyə lazım olan məlumatları hazırlayıb təqdim etmək.
Tələblər
Ali magistr təhsili;
Oğlan namizədlər üçün hərbi xidmətin başa çatması və ya möhlət hüququnun olması;
Bu sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır;
Azərbaycan dilini mükəmməl bilmək, Rus və İngilis dillərini bilən namizədlərə üstünlük verilir;
Kompüter bilikləri;
Printer, scanner və fax kimi ofis avadanlıqları ilə işləmək bacarığı;
Komandada işləmək bacarığı;
Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara diqqət yetirmək.
İş şəraiti
Vakansiya növü: Tam ştat
Müraciət qaydası
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
