Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azersun Holding

Elektrik-elektronçu

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakı və Sumqayıtda elektrik-elektronçu vəzifəsi üzrə istehsalatda elektrik və avtomatika sistemləri ilə işləyə bilən namizədlər axtarılır. Vəzifə öhdəlikləri Baş elektrik və avtomatika mütəxəssisindən alınan təlimatlara uyğun olaraq texniki işlərin icrası; İstehsalat sahələrində elektrik və avtomatika sistemlərinin fasiləsiz işləməsinə nəzarət; Elektrik mühərrikləri, invertorlar, panolar və kabel xətlərinin quraşdırılması, təmiri və texniki baxımı; PLC sistemlərinin giriş-çıxış siqnallarının yoxlanılması, sensor və elektron cihazların sazlanmasının təmin edilməsi; Printerlərin, ölçmə cihazlarının və elektron avadanlıqların təmiri və kalibrlənməsi; Yarımstansiyalarda və yüksək gərginlikli elektrik şəbəkələrində səlahiyyət daxilində əməliyyatların aparılması; Təzyiq, temperatur, pnevmatik və avtomatik idarəetmə sistemlərinin montajı, təmiri və sazlanması; Elektrik avadanlıqlarının diaqnostikası, sınağı və nasazlıqların aradan qaldırılması; İstehsalatda yaranan texniki problemlər barədə məsul şəxslərin vaxtında məlumatlandırılması və təhlükə olduqda sistemin dayandırılması üçün tədbir görülməsi; Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi, icazə olmadan təhlükəli işlərin görülməməsi. Texniki və nəzəri biliklər Elektrik mühərriklərinin (0,25–500 kVt) iş prinsiplərini, qoşulma sxemlərini, istismarını və təmirini bilməlidir; Elektrik panolarının, yarımstansiyaların (35/0,4 kV) və paylayıcı qurğuların iş prinsiplərini bilməlidir; Elektrik mühafizə, rele və avtomatik idarəetmə sxemlərini oxumağı və tətbiq etməyi bacarmalıdır; Elektrik ölçmələri, avadanlıq və kabellərin test üsulları, torpaqlama tələbləri haqqında biliklərə sahib olmalıdır; PLC sistemləri, sensorlar, invertorlar və avtomatlaşdırma avadanlıqlarının iş prinsiplərini bilməlidir; Elektron cihazların diaqnostikası, təmiri, sazlanması və kalibrlənməsini bacarmalıdır; Temperatur, təzyiq, vakuum və sürət ölçmə sistemləri barədə biliklərə malik olmalıdır; Elektrik enerjisinin paylanması, reaktiv gücün kompensasiyası və enerji səmərəliliyi prinsiplərini bilməlidir; Pnevmatik sistemlərin və sənaye idarəetmə avadanlıqlarının iş prinsiplərini bilməlidir; Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir. Biz nə təklif edirik İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC / İstehsalat; İş qrafiki: 3 növbəli, 07:00–15:00, 15:00-23:00, 23:00-07:00; Nahar: Şirkət tərəfindən təmin olunur; Servis xidməti: Şirkət tərəfindən təmin olunur; Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı; İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət. Tələblərə uyğun olduğunuz halda CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz və ya hr.azersun.com portalı vasitəsilə müraciət etməyiniz xahiş olunur. E-poçtun mövzu hissəsində “Elektrik-elektronçu” yazılmalıdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.