Vakansiya haqqında
Plug-in Hibrid avtomobillərin mühərrik təmiri və diaqnostikası üzrə mühərrik ustası axtarılır.
Vəzifə öhdəlikləri
Daxiliyanma mühərriklərinin diaqnostikasının aparılması və texniki vəziyyətinin qiymətləndirilməsi;
Mühərriklərin sökülməsi, yığılması, təmiri və texniki xidmətinin həyata keçirilməsi;
Mühərrikdə yaranan mexaniki və texniki nasazlıqların aşkar edilməsi;
Mühərrikin yağlama, soyutma, yanacaq və digər əlaqəli sistemlərinin yoxlanılması;
Mühərrik komponentlərinin texniki vəziyyətinin dəyərləndirilməsi;
Lazımi ehtiyat hissələrinin müəyyən olunması;
Təmir işlərinin istehsalçının texniki standartlarına uyğun icra edilməsi;
Plug-in Hibrid avtomobillərində daxiliyanma mühərriki ilə elektrik ötürücü sisteminin qarşılıqlı iş prinsipinin nəzərə alınması.
Namizədə tələblər
Mühərrik təmiri sahəsində minimum 3 il rəsmi iş təcrübəsi;
Müasir avtomobil mühərrikləri üzrə peşəkar bilik;
Mühərrik diaqnostikası və təmiri üzrə praktiki təcrübə;
Diaqnostika cihazlarından istifadə bacarığı;
Mühərrikin əsas sistemləri üzrə geniş bilik;
Texniki sənədlərlə işləmək bacarığı;
Plug-in Hibrid avtomobillərinin iş prinsipi barədə bilik;
Məsuliyyətli və səliqəli işləmək bacarığı;
Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur
BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi.
İş şəraiti
İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi), Bakı;
İş rejimi: 6 günlük iş qrafiki;
İstirahət günü: Bazar günü;
Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.
Müraciət qaydası
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Mühərrik üzrə usta (motorist)” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
