Vakansiya haqqında
Qonaq xidmətləri üzrə nümayəndə / Belboy vakansiyası üçün müraciətləri qəbul edirik.
Vəzifə öhdəlikləri
Qonaqları otaqlarına qədər müşayiət etmək, baqajlarını otaqlara çatdırmaq, onlara aid məktubları və ya otel daxilində ehtiyac duyduqları digər məmulatları təhvil vermək;
Əsas girişin təmiz və səliqəli saxlanılmasına nəzarət etmək, şüşə səthlərdə ləkələrin olmamasına diqqət yetirmək, əsas qapılara nəzarət etmək, tullantıların boşaldılması zamanı diqqətli olmaq;
Zəng Xidmətləri Şöbəsindən daxil olan bütün ismarıcları toplamaq və qeydiyyat kitabında qeyd etmək;
Qonaqlar üçün icra olunan bütün xidmətlərin düzgün qeyd edilməsini və müvafiq qaydada yerinə yetirilməsini təmin etmək;
Qonaqlara baqajla bağlı kömək göstərmək üçün lobidə olmaq, təyin olunduğu şəkildə dəstək vermək və bütün baqajın qonaq otaqlarından standart vaxt çərçivəsində yığılmasını təmin etmək;
Qaydalara uyğun olaraq otaq dəyişikliklərinin həyata keçirilməsinə kömək etmək;
Uzunmüddətli saxlanacaq baqajın düzgün saxlanmasını və təhvil verilməsini təmin etmək;
Oteldəki bütün təlimat və yeniliklərdən xəbərdar olmaq, qonaqlara lazım olan sahədə istiqamət vermək;
Departamentin qarşıya qoyulmuş məqsədlərə çatmasına və inkişafına dəstək məqsədilə Ön Ofis idarəetmə işlərində kömək göstərmək;
Vəzifəni daha yaxşı mənimsəmək və inkişaf etmək üçün təlim zamanı əldə edilmiş bilik və təcrübədən istifadə etmək, öhdəlikləri yerinə yetirərkən dəqiq olmaq;
Gündəlik işləri icra etmək və birbaşa rəhbərə hesabat vermək;
Bütün şödədaxili təlimatları və siyasəti anlamaq, onlara riayət etmək.
Tələblər
Orta və ya ali təhsil;
Müvafiq vəzifə üzrə minimum təcrübə;
Səlis Azərbaycan dili, İngilis dili və orta səviyyədə Rus dili;
Son dərəcə məsuliyyətli olmaq;
Sürücülük vəsiqəsinin olması arzuolunandır;
Kollektiv daxilində münasibətlərdə sakit və təmkinli qalmaq şərti ilə dəyişən mühitdə çoxsaylı tapşırıqları yerinə yetirmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciətetdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
