Vakansiya haqqında
Medicom Ortez və Protez Mərkəzi komandasında pasiyentlərlə ünsiyyətdə peşəkar olan qeydiyyatçı axtarılır.
Vəzifə öhdəlikləri
Pasiyentləri nəzakətlə qarşılamaq və onları düzgün istiqamətləndirmək
Daxil olan telefon zənglərinə peşəkar şəkildə cavab vermək
Qeydiyyat və sənədləşmə işlərini dəqiq və səliqəli aparmaq
Pasiyent qəbulunu vaxt üzrə effektiv şəkildə təşkil etmək və koordinasiya etmək
Pasiyent məmnuniyyətinin yüksək səviyyədə təmin olunmasına diqqət etmək
Tələblər
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı, rus dili əsasdır
Yüksək ünsiyyət, təqdimat və etik davranış bacarığı
Təqdimat standartlarına uyğun görünüş
Məsuliyyətli, diqqətli və dəqiq iş prinsipi
MS Office proqramlarında sərbəst işləmə bacarığı
Müvafiq sahədə iş təcrübəsi üstünlük hesab olunur
İş şəraiti
6 günlük iş qrafiki
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir
Peşəkar və dəstəkləyici iş mühiti
Karyera və inkişaf perspektivləri
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
