Vakansiya haqqında
Bakıda fəaliyyət göstərən dil akademiyasında A1–A2 qrupları üçün junior alman dili müəllimi axtarılır.
Vəzifə öhdəlikləri
A1–A2 səviyyəli alman dili qrupları üçün dərslərin aparılması
Akademiyanın tədris proqramı və hazır rəqəmsal materialları ilə baş müəllimin metodiki rəhbərliyi altında işləmək
Dərslərə hazırlıq görmək, tələbələrin irəliləyişini və davamiyyətini qeyd etmək
Akademiyanın dərs standartlarına riayət etmək: dəqiqlik, nizam-intizam və peşəkar görünüş
Tələblər
Alman dili üzrə minimum B2 səviyyəsi; Goethe, telc və ya ÖSD sertifikatı üstünlükdür
Sertifikatı olmayan namizədlər müsahibədə səviyyə testi və canlı danışıq yoxlamasından keçəcəklər
Başlanğıc səviyyəli tələbələrlə işləmək üçün səbirli olmaq və izahı aydın çatdırmaq bacarığı
Dərslər əyani keçirilir, yalnız onlayn işləmək istəyən namizədlər uyğun deyil
Hazırda başqa yerdə işləyən namizədlər bu vakansiya üçün uyğun sayılmır
Dəqiqlik, məsuliyyət və uzunmüddətli əməkdaşlıq niyyəti
Üstünlük sayılır
Alman dili tədrisi təcrübəsi: kurs mərkəzi, məktəb və ya universitet
Rus dili biliyi
İngilis dili biliyi
Biz nə təklif edirik
Təcrübəli müəllim tərəfindən daxili təlim və metodiki dəstək
Tələbə cəlbi və inzibati işlər akademiya tərəfindən həyata keçirilir, siz isə tədrisə fokuslanırsınız
Müraciət qaydası
CV-nizi, istəsəniz müşayiət məktubu ilə birlikdə, Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində vəzifənin adını bu formada qeyd edin: Alman dili müəllimi (Junior, A1–A2).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
