Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Groupone

İnsan resursları üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

“Groupone” MMC insan resursları üzrə mütəxəssis vakansiyası üzrə namizəd axtarır. Vəzifə öhdəlikləri Əmək qanunvericiliyinə, daxili qayda və prosedurlara uyğun olaraq işə qəbul, işdən azadetmə, vəzifə dəyişikliyi, transfer və digər kadr əməliyyatlarını icra etmək; İşçilərlə bağlı bütün kadr sənədlərini hazırlamaq, qeydiyyatdan keçirmək və arxivləşdirmək; Əmək müqavilələrini, əlavələri, əmrləri və digər kadr sənədlərini tərtib etmək; İşçilərə dair dəyişiklikləri aidiyyəti dövlət portallarına vaxtında və düzgün şəkildə daxil etmək; Əmək kitabçalarının uçotunu aparmaq, yeni əmək kitabçalarını açmaq və ehtiyac olduqda doldurmaq; Məzuniyyət qrafikini hazırlamaq, məzuniyyətləri izləmək və uçotunu aparmaq; İşçilərin şəxsi işlərini formalaşdırmaq, yeniləmək və arxivləşdirmək; İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədləri hazırlamaq; Filial rəhbərləri ilə sıx əməkdaşlıq edərək işçi heyəti ilə bağlı məsələlərin həllinə dəstək vermək; Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesini koordinasiya etmək; Vakansiya elanlarını hazırlamaq və paylaşmaq; Namizədlərin ilkin dəyərləndirilməsini aparmaq, müsahibələri təşkil etmək və seçim prosesində iştirak etmək; Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərini hazırlamaq, izləmək və miqrasiya proseslərini koordinasiya etmək; Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət etmək və yenilənmə prosesini təşkil etmək; İşçilərin gündəlik davamiyyətini izləmək, tabel məlumatlarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək; Restoran əməliyyat komandası ilə sıx əməkdaşlıq edərək işçi ehtiyaclarının vaxtında qarşılanmasını təmin etmək; HR hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək; İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərmək. Namizədə dair tələblər Ali təhsil, idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə olması üstünlükdür; Restoran və ya hotel sahəsində insan resursları üzrə minimum 3-4 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək; MS Office proqramlarında, xüsusilə MS Excel-də yaxşı işləmək bacarığı; Azərbaycan və rus dillərində şifahi və yazılı bilik mütləqdir; Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı; Komandada işləmək və eyni zamanda müstəqil qərar vermək bacarığı; Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq; Çoxşaxəli iş mühitində işləmək bacarığı; İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunur. İş şəraiti İş saatları: 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00; İstirahət günü: Şənbə, Bazar; İş yeri: Bakı şəhəri, Globus Center (baş ofis), vəzifə üzrə iş fəaliyyəti restoranın filiallarında aparılacaq; Nahar şirkət tərəfindən verilir; Əmək haqqı: 900-1000 AZN. Müraciət qaydası Uyğun namizədlər öz CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.