Vakansiya haqqında
Sosial media satış mütəxəssisi vakansiyası üçün müraciətlər qəbul olunur.
Vəzifə öhdəlikləri
Sosial media hesablarına daxil olan mesajlara, şərhlərə və müştəri sorğularına vaxtında cavab vermək;
Müştərinin ehtiyacını, büdcəsini və tələbini müəyyən edərək uyğun məhsul və ya xidmətləri təklif etmək;
Müştərilərə şirkətin məhsul və xidmətləri, qiymətləri və sifariş prosesi barədə ətraflı məlumat vermək;
Daxil olan sorğuları satış fürsətinə çevirmək və satış prosesini son mərhələyədək izləmək;
Müştərilərə kampaniyalar, xüsusi təkliflər və xidmət şərtləri haqqında məlumat vermək;
Müştəri etirazlarını və suallarını düzgün şəkildə idarə etmək;
Satış nəticələri üzrə hesabat hazırlamaq;
Kvalifikasiya tələbləri
Sosial media üzərindən satış sahəsində minimum 1 il iş təcrübəsi;
Tələb olunan bilik və bacarıqlar
Sosial media hesablarının idarə olunması üzrə biliklər;
Çap, poliqrafiya, reklam və dizayn sahələri üzrə biliklər;
Satışın idarə edilməsi bacarığı;
Effektiv ünsiyyət bacarığı;
Nəticəyönümlülük bacarığı;
Kreativlik və təşəbbüskarlıq bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Rus dili biliyi üstünlükdür;
Təklif edirik
Əmək haqqı: 500 AZN + satışdan 5% bonus;
Peşəkar inkişaf və praktiki təcrübə imkanı;
Dinamik və inkişaf yönümlü iş mühiti;
Müraciət qaydası
Tələblərə cavab verən namizədlər “Sosial media satış mütəxəssisi” başlığı ilə öz CV və portfellərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
