Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

StudyLab

Digital marketing & AI content manager

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

“StudyLab” Bakı üzrə Digital Marketing & AI Content Manager axtarır. İş barədə məlumat Şirkətin digital marketing və social media strategiyasını hazırlamaq və icra etmək; Instagram, TikTok, Facebook və digər aktual sosial media platformalarını idarə etmək və inkişaf etdirmək; Şirkətin müxtəlif xidmət və məhsul istiqamətləri üzrə kontent plan tərtib etmək; Reels, Stories, postlar və digər rəqəmsal kontentin hazırlanmasını və paylaşımını təmin etmək; Sosial şəbəkələrdə auditoriya, baxış sayı, engagement və müraciətlərin artımı üçün sistemli şəkildə çalışmaq; Meta Business Suite və Meta Ads Manager vasitəsilə reklam kampaniyalarını hazırlamaq, idarə etmək və optimallaşdırmaq; Reklam kampaniyalarının nəticələrini və əsas göstəricilərini təhlil etmək; ChatGPT, Claude, Gemini və digər müasir AI alətlərindən kontent, araşdırma, ideya, mətn, vizual və marketinq materiallarının hazırlanmasında səmərəli istifadə etmək; Canva, CapCut və digər digital alətlərdən istifadə etməklə vizual və video kontent hazırlamaq; Şirkətin məhsul və xidmətləri üçün kreativ reklam ideyaları, kampaniyalar, satış yönümlü mətnlər və CTA-lar hazırlamaq; Instagram və TikTok üzrə aktual trendləri, alqoritmləri və yeni digital marketing alətlərini mütəmadi izləmək və tətbiq etmək; Şirkətin foto və video çəkilişlərinin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Digital marketing nəticələri üzrə rəhbərliyə dövri hesabatlar və inkişaf təklifləri təqdim etmək. Namizədə tələblər SMM, Digital Marketing və ya Content Marketing sahəsində minimum 2 il iş təcrübəsi; Instagram, TikTok və Facebook platformalarında kommersiya hesablarının idarə olunması üzrə praktiki təcrübə; Digital marketing, brendin tanıdılması və auditoriyanın genişləndirilməsi prinsiplərini yaxşı bilmək; Meta Business Suite və Meta Ads Manager ilə işləmək bacarığı; ChatGPT, Claude, Gemini və digər müasir AI alətlərindən sərbəst və effektiv istifadə etmək; AI vasitəsilə kontent, araşdırma, mətn, vizual və video materialların hazırlanması bacarığı; Canva və CapCut proqramlarında sərbəst işləmək; Reels, Stories və digər qısa video formatlarının hazırlanması və montajı bacarığı; Instagram və TikTok alqoritmləri, trendləri və auditoriya davranışı haqqında yaxşı anlayış; Güclü copywriting və storytelling bacarığı; Digital marketing nəticələrini və əsas göstəriciləri təhlil etmək bacarığı; Müstəqil şəkildə kontent plan hazırlamaq və yeni ideyalar irəli sürmək bacarığı; Yüksək vizual zövq, kreativlik, təşəbbüskarlıq və məsuliyyət; Azərbaycan dili yüksək səviyyədə, ingilis dili B2 və üzəri, rus dili isə üstünlükdür. Müraciət qaydası Maraqlanan namizədlər mövzu hissəsində “Digital Marketing & AI Content Manager” qeyd etməklə CV-lərini Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərə bilərlər. Portfolio və əvvəl idarə etdiyi sosial media hesablarının təqdim olunması mütləqdir. Yalnız tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar. İş qrafiki Bazar ertəsi – Cümə: 10:00 - 18:30 Şənbə: 10:00 - 16:00 Ünvan “StudyLab” Mərkəz Ofis, Bakı

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.