Vakansiya haqqında
Bu vakansiya event və teambuilding tədbirlərinin çəkilişi, montajı və sosial media kontentinin hazırlanması işlərini əhatə edir.
Vəzifə öhdəlikləri
Bakı və regionlarda keçirilən teambuilding və korporativ tədbirlərin foto və video çəkilişini həyata keçirmək
Tədbirin əsas anlarını, oyunları, emosiyaları və komanda ruhunu foto və video vasitəsilə düzgün və kreativ şəkildə əks etdirmək
Çəkilmiş fotolar üzərində ilkin və orta səviyyəli post-production və edit işlərini aparmaq (rəng korreksiyası, işıq balansı, kadr seçimi və s.)
Tədbirlər üçün hazırlanacaq qısa video kontentlərin montajını həyata keçirmək
Reels, Stories və sosial media üçün dinamik video materiallar hazırlamaq
Foto və video materialların vaxtında təhvil verilməsini və sistemli şəkildə arxivləşdirilməsini təmin etmək
Event menecer və SMM komandası ilə koordinasiyalı və effektiv əməkdaşlıq etmək
Tələblər
Foto və video çəkilişi sahəsində minimum 1 il iş təcrübəsi
Kamera və əsas foto/video çəkiliş avadanlıqları ilə işləmə bacarığı
Foto və video redaktə proqramları ilə işləmə bacarığı (Adobe Lightroom, Photoshop, Premiere Pro, CapCut və oxşar proqramlar)
Video montaj və post-production bacarığı
Sosial media üçün kreativ və dinamik video kontent hazırlamaq bacarığı
Komanda ilə işləmə və dinamik iş mühitinə sürətli adaptasiya qabiliyyəti
Region tədbirlərində iştirak etməyə və tədbir günlərində gec saatlara qədər işləməyə hazır olmaq
Kreativ baxış, detallara diqqət və məsuliyyətli yanaşma
Portfolio təqdim etmək
İş qrafiki
Həftənin 2 iş günü ofisdə standart iş rejimi
Tədbir günlərində isə ofis günlərindən əlavə olaraq, tədbirlərin keçirildiyi məkanlarda iş prosesi
İş saatları: 10:00 – 18:00
Əlavə üstünlüklər
Korporativ kompüter təminatı
Tədbir günlərində nəqliyyat və qidalanma xərclərinin qarşılanması
Davamlı layihələrdə və müxtəlif miqyaslı eventlərdə iştirak imkanı
Kreativ və dinamik iş mühiti
Əmək haqqı
800 – 1000 AZN (namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən edilir)
Müraciət qaydası
Maraqlanan namizədlər CV və portfolyolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən, mövzu (subject) hissəsində müraciət etdikləri vakansiyanın adını “Fotoqraf / Videograf (Event & Teambuilding)” qeyd etməlidirlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
