Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AzRose

Satınalma üzrə baş mütəxəssis

QəbələMənbə: Vezife.az

Vakansiya haqqında

Qəbələdə satınalma üzrə baş mütəxəssis vakansiyası üzrə şirkətin təchizat və satınalma proseslərinə qoşulmaq istəyən namizədlər müraciət edə bilər. Vəzifə öhdəlikləri Şirkətin satınalma tələblərini müəyyən etmək və illik satınalma planının hazırlanmasında iştirak etmək; Yerli və xarici təchizatçıları araşdırmaq, qiymət təkliflərini toplamaq və müqayisəli təhlil aparmaq; Təchizatçılarla kommersiya danışıqları aparmaq, uyğun qiymət və əməkdaşlıq şərtlərini əldə etmək; Satınalma sifarişlərini hazırlamaq, müqavilələri tərtib etmək və icrasına nəzarət etmək; Satınalma proseslərinin şirkətin daxili prosedurlarına və təsdiq olunmuş büdcəyə uyğun həyata keçirilməsini təmin etmək; Təchizat müddətlərini izləmək və mümkün gecikmələrin qarşısını almaq üçün tədbirlər görmək; Satın alınan mal və xidmətlərin keyfiyyətini, spesifikasiyalara və müqavilə şərtlərinə uyğunluğunu yoxlamaq; Bazar araşdırmaları aparmaq, qiymət dəyişikliklərini və yeni təchizatçı imkanlarını izləmək; Satınalma üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Müvafiq şöbələrlə koordinasiyalı şəkildə işləyərək satınalma proseslərinin səmərəliliyini artırmaq. Tələblər Ali təhsil: İqtisadiyyat, Biznesin idarə edilməsi, Logistika və ya əlaqəli sahələr; Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi, texnika və kənd təsərrüfatı sahələri üzrə təcrübəyə üstünlük verilir; Xarici təchizatçılarla əməkdaşlıq və beynəlxalq satınalma proseslərinin idarə olunması təcrübəsi; Məlumatların təhlili və satınalma xərclərinin optimallaşdırılması bacarığı; Tender, təchizatçı idarəetməsi və müqavilələrin hazırlanması üzrə təcrübə; İngilis dili bilikləri mütləqdir (yazılı və şifahi), rus dili biliyi arzuolunandır; Güclü analitik düşünmə, danışıqlar aparmaq və hesabatvermə bacarığı. İş barədə məlumat İş yeri Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşir; Qəbələ və yaxın rayonlarda yaşayan namizədlərin müraciətlərinə baxılacaq; Vakansiya növü: Tam ştat. İmtiyazlar Könüllü tibbi siğorta; Nahar təminatı; Korporativ nömrə və danışıq limiti; Peşəkar inkişaf imkanları: təlimlərdə iştirak və sertifikasiyalar. Müraciət qaydası Maraqlanan namizədlər müraciət et düyməsində göstərilən linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.